Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Seçilmiş Əsərləri I.Cild

İmadəddin Nəsimi

Yorumlar ve İncelemeler

Tümünü Gör
345 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Ədəbiyyatımızın incisi..
Türk dünyasının dəyərli şairlərindən biri də Nəsimidir. Mənim üçün Nəsimi həmin dövrün digər şairlərinə nisbətən daha fərqli və cəlbedicidir. Bu kitabda Nəsiminin bir-birindən gözəl qəzəlləri yer alır. Ərəb sözləri çox olduğu üçün bir az yordu məni. Daha doğrusu sözlərin mənasını araşdırmaq yordu(Kitabın sonunda izahlı lüğət var imiş, amma mən onu bitirəndə gördüm:D). Nəsimi dini, mifoloji və əfsanəvi adlara geniş yer vermişdir. Əsasən də, Hz.Məhəmməd, Hz. Musa, Hz.Adəm və s. bir sıra peyğəmbərlər simvolik obrazlar kimi göstərilir. Nəsimi qəzəllərindən anlamaq olur ki, şair əsl eşqin sonunu Allaha qovuşmaqda görür. Onu da qeyd edim ki, qəzəllərdə Allah yerinə "Nəqş" və ya "Nəqqaş" yazır. Bir az araşdırma apardıqdan sonra gördüm ki, Nəsimidən savayı digər bəzi şairlər də Allah əvəzinə "Nəqqaş" yazırlarmış(Həmin dövrdə belə imiş). Nəsimi qəzəllərində daha çox ilahi eşq tərənnüm edilir. "Təsəvvüfçü" şair adlandırılan Nəsimi insanları haqqa səsləyir, Allah qarşısında ucalmağı hər şeydən üstün tutur. Bütün ədəbiyyatsevərlərin oxumalı olduğu bir kitabdır.
Seçilmiş Əsərləri I.Cild
Seçilmiş Əsərləri I.Cildİmadəddin Nəsimi · Bakı, Lider Nəşriyyatı · 200443 okunma
Reklam
·
Puan vermedi
Bu gazelin böyle olmasının bir sebebi var. Aşağıdaki iki beyit Nesimi'ye aittir. Bilindiği gibi Nesimi Tasavvuf edebiyatı şairidir. Yalnızca ilahi aşka inanmış onla yaşamış. Fakat buna bakmayarak bir kadına aşık olmuştur ve o kadın ise peltektir. Nesimi, sevdiği kadının peltek olmasından utanmaması ve rahat okuyabilmesi için böyle gazeller yazmıştır. Hatta peltekname adlı gazel janrının temelini dahi şairin oluşturduğu söylenir. Qa, qa, qa, qalmışam axır a, a, a, ah ilə sayur No, no, no, nola ki sorsan za, za, za, zari-hezini. Yü, yü, yü, yüzünü gördüm a, a, a, ayə sataşdım, Nə, nə, nə, necə ürəkdir qa, qa, qa, qalmaya çəni.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi
Seçilmiş Əsərləri I.Cild
Seçilmiş Əsərləri I.Cildİmadəddin Nəsimi · Bakı, Lider Nəşriyyatı · 200443 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.