Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevgi açarı

Ramiz Rövşən

Sevgi açarı Sözleri ve Alıntıları

Sevgi açarı sözleri ve alıntılarını, Sevgi açarı kitap alıntılarını, Sevgi açarı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Səhər ölmək istəyirəm, Gecə ölsəm, bağışla. Bilmirəm necə yaşadım, Necə ölsəm, bağışla.
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, Bəlkə də xoşbəxtik,xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla! "Ölmədim" deyirəm,nə bilim axı, Bəlkə də mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Sayfa 146Kitabı okudu
Reklam
Bu sevgi deyil ki, bəladı, bəla, Bu dibsiz dənizə bizi kim atdı?! Daha nə sən varsan, nə də mən varam; Sən məndə boğuldun, mən səndə batdım...
Səni sənsiz Sevmək.......
Seni sensiz sevmek daha asandi En isti yataqda sensiz usumek, Seni arzulamaq,seni dusunmek Seni sensiz sevmek daha asandi.... Bes seni.özünle sevmek necədi? Nazınla,sözünlə,umu küsünlə, Çatılmış qaşınla,ağlar gözünlə, Turşumuş üzünlə sevmək necədi? Hərdən səndən bezib günlər uzunu Səni küsdürərək sevmək necədi? Sonra bir öpüşlə yumub ağzını Səni susduraraq sevmək necədi?! Səni sənsiz sevmək boş sözdü,boş söz Korun gözündəki eynək kimidi Səni sənsiz sevmək gülü ətirsiz Çırağı işıqsız sevmək kimidi....
Sayfa 70 - 1975-ci ilKitabı okudu
Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin.
Nə çiçək verməyə bir kimsəmiz var, Nə bir kimsəmiz var çiçək ummağa..
Reklam
Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin. Burda təkçə səni qazanmışam mən, Bəxtim öz işini bilirmiş demə. Yüz yol bu şəhərdə yol azmışam mən, Bütün yollar sənə gəlirmiş demə.
Çoxdu hirsi, acığı yarı yolda sönənlər. Bir vaxt çırpıb çıxdığı qapılara dönənlər.
Yuxulu gözlərin yuxu görürdü, Sən özün ən şirin yuxuydun ancaq. Yuxulu gözlərin yuxu görürdü, Mən sənin yuxunda yoxuydum ancaq.
O gedən qatarın dalınca baxdım, Dedim, bu gecəni çətin dözərəm. Bir az da keçsəydi ağlayacaqdım, Yaxşı ki, gülməyim tutdu özümə.
443 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.