Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sevgi açarı

Ramiz Rövşən

Sevgi açarı Gönderileri

Sevgi açarı kitaplarını, Sevgi açarı sözleri ve alıntılarını, Sevgi açarı yazarlarını, Sevgi açarı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Görəsən, bir azca səni unudub birtəhər başımı qatarammı heç? Görəsən, kölgənin ucundan tutub gəlsəm, gəlsəm sənə çatarammı heç? Tez-tez bu şəhərdə aldanır gözüm, sən donda görünür gözümə qızlar. Bəlkə parça-parça doğrayıb-kəsib, kölgəndən don tikib özünə qızlar... Don - 1) paltar; 2) görkəm
Sayfa 134 - TEAS PRESS NəşriyyatKitabı okudu
Bu vaxtsız sevginin əcəli yetdi, Buydu qismətimiz - ya tez, ya da gec. Hərə öz dərdini apardı-getdi, Bəs niyə dərdimiz azalmadı heç? * * *
Sayfa 130 - TEAS PRESS NəşriyyatKitabı okudu
Reklam
Ağlamağı bacarsaydım, Sənə gün ağlayardım..
Sayfa 121 - TEAS PRESS NəşriyyatKitabı okudu
Bir yiyəsiz qəmin varsa, Ver çəkim, ovutma məni. Məndən əziz kimin varsa, Sev...amma unutma məni...
Sayfa 114 - TEAS PRESS NəşriyyatKitabı okudu
Səni yüz dəfə sevdim, Yüz dəfə atmaq üçün. Küsdüm - barışmaq üçün, Getdim - qayıtmaq üçün..
Sayfa 111 - TEAS PRESS NəşriyyatKitabı okudu
Səni sənsiz sevmək daha asandı Ən isti yataqda sənsiz üşümək..
Sayfa 70 - TEAS PRESS NəşriyyatKitabı okudu
Reklam
Boşaldı dünyanın sən olan yeri...
Sayfa 37 - TEAS PRESS NəşriyyatKitabı okudu
Bir də ki, mən sənin yanında idim, Yaxında olanlar yuxuya girməz..
Sayfa 35 - TEAS PRESS NəşriyyatKitabı okudu
Dedi: "Gülməlisən, vallah, gülməli. Haçansa kəsdiyi budağın - indi Gəlib yarpağını axtaran dəli..."
Sayfa 19 - TEAS PRESS NəşriyyatKitabı okudu
Nə çiçək verməyə bir kimsəmiz var, Nə bir kimsəmiz var çiçək ummağa..
450 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.