Sınırın Güneyinde, Güneşin Batısında

Haruki Murakami

Yüksek Puanlı Sınırın Güneyinde, Güneşin Batısında Yorumları ve İncelemeleri

Yüksek Puanlı Sınırın Güneyinde, Güneşin Batısında sözleri ve alıntılarını, yüksek puanlı Sınırın Güneyinde, Güneşin Batısında kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
188 syf.
2/10 puan verdi
Kötü
Murakami en sevdiğim edebiyat yazarıdır. Ancak bu kitabı gerçekten kötü. Bitiremedim kitabı. Kapağı oldukça uyumlu ama, içeriği de sizi öyle yapıyor.
Sınırın Güneyinde, Güneşin Batısında
Sınırın Güneyinde, Güneşin BatısındaHaruki Murakami · Doğan Kitap · 20124,353 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
Bəzi kitablar var ki, oxuduqdan sonra kitab bitsə belə, sən o obrazlarla yaşayırsan, onlar haqda düşünürsən, Murakaminin bu əsəri də o tipdə kitablardan idi Kitablar haqda çox sevdiyim şeylərdən biri də, bəzi kitabların öz musiqi pleylisti ilə birgə gəlməsidir Kitabı oxuyanda yanımda həmişə qulaqcıqlarım da olurdu ki, mahnı adları gəldikcə tapıb dinləyim İlk öncə onu deyim ki, bu kitabın əsas obrazı Hacime, sevilməsi çətin olan bir obrazdır. Yəni, ən azından mən nə qədər empatiya qurmağa çalışsam da, başa düşə bilmədiyim bir obraz idi. Ümumiyyətlə, aldatmaq və aldadılmaqla bağlı hekayələri sevmirəm. Əsər Murakaminin qələminin axıcılığı sayəsində, çox maraqlı idi və tez bitə bilən kitablardandır. Bayaq dediyim kimi, Hacimeni başa düşməkdə çətinlik çəksəm də, yazıçı obrazların iç dünyasını çox gözəl şəkildə təsvir edib deyə, ən azından hiss etmək mümkündür. Əsərdəki baş obrazımız Hacime, Yaponiyada tək uşaq olaraq dünyaya gəlib. Sonra Şimomato adlı bi qızla dostlaşır, birlikdə məktəbə gedirlər, vaxt keçirirlər. Bir-birlərinə çox bağlanırlar, lakin Hacime və ailəsi qəsəbədən köçür və beləcə onlrın əlaqəsi tamamilə kəsilir. Ta ki, Hacime 37 yaşında, evli, 2 uşaqlı ikən yağışlı bir gündə Şimamatonun onun qarşısına çıxmasına qədər... Kitabda Hacime və Şimamatonun birgə dinlədiyi bir neçə musiqini sizlə bölüşmək istəyirəm: South of the border- Nat King Cole Pretend- Nat King Cole The star-Crossed Lovers- Duke Ellington Embraceable you- Nat King Cole Such sweet thunder- Duke Ellington Four Seasons- Vivaldi
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,353 okunma
Reklam
184 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
UNUDULMAZ ANLAR..!
Arzu hissi- mütərəddid və kəskin ağrı ilə yandıran. Belə arzular 17 yaşın məhsuludur. Əlaqəmiz ona da, mənə də lazim idi; bu tamamilə təbii görünür və heç bir şübhə doğurmurdu. Elə əvvəldən bu əlaqədə sevgiyə, günah hissinə, gələcək haqda düşüncələrə yer yox idi. - Çox sağol yaxşıyam .. Bu təbəssümü görən kimi boşluqla dolub daşan son üç ayı bir andaca unutdum...!
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,353 okunma
184 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
İlk öncə deməliyəm ki yenə insan mənə çox doğma gəldi. Mənə mənim şərqli olduğumu hiss elətdirdi. Murakami çox yaxşı təsvir eləyir və diqqətini hekayəyə cəmləməmək mümkün deyil. Hekayənin ortasında artıq şübhələnməyə başladım ki göründüyündən fərqli sonluq ola bilər. Oldu da. Qısa çox maraqlı, çox təsir edici kitab oldu. Ən yaxşısı da ağır kitab oxuyarkən kitaba ara verim dincəlmək üçün çox yaxşıdır.
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,353 okunma
184 syf.
6/10 puan verdi
·
8 saatte okudu
Anlatmaq istədiyi gözəl fikirlər var idi,həmçinin həyatda aid olduğu yeri tapa bilməyən, özünə qapanmış insan kitabda ona yaxın şeylər gördüyü üçün, özünü tapdığı üçün daha cəlbedici gəlir. Amma ümumilikdə baxanda, ibtidai sinifdə bəyəndiyi ayağı axsayan qızdan sonra, bütün həyatını ayağıaxsaq qızları takıntı halına gətirmiş obrazımızın həyatından bəhs edir əsər. Hətta o qədər dəlilik halına gətirir ki, həmin qız ayağını əməliyyat etdirəndən sonra da, yolda büdrəyərək yeriyən birini görəndə elə bilir odu (neyse bu qədər gömən olmamışdı yəqin bu kitabı). Çox güman ki, mən də kitabda özümdən bir az gördüm deyə qəbul etməkdə çətinlik çəkirəm, bilmək olmaz. Mənə görə, 200 səhifə bir insanın içindəki boşluqla boğuşmasını oxumaq, sonra bundan nəticə çıxarmadan, özü ilə barışmasını görmək əsərin sonunda elə mənim özümü boşluğa saldı Tərcümə: 9/10
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,353 okunma
207 syf.
2/10 puan verdi
Yeni bir kitabla gəldim. Murakami - Sərhəddən cənubda️, Günəşdən qərbdə Yapon ədəbiyyatina aid olan kitab idi və çox axıcı,rahat, sürətli şəkildə oxunacaq kitablardandi. Kitabın mövzusu marağımı çəksə də, çox da sevmədim. Əsər 18+ səhnələri ilə dolu idi. Və xəyanətlərə normal hal kimi baxılması sinir etdi məni. Qısa olaraq mövzusundan danışım. Yaponiyada evin tək uşağı kimi dünyaya gələn Hacime adlı uşağın sonralar Şimamoto adlı qızla dostlaşmasi, birgə məktəbə gedib , birgə vaxt keçirməsindən bəhs edilir. Hacimegil qəsəbədən köçəndən sonra onlar arasında əlaqə itir. Hacime böyüyür, universitet oxuyur, həyatına çoxlu qızlar daxil olur amma Şimamotonu unuda bilmir. On ildən sonra Yukiko adlı qızla tanış olur və evlənir. Bu evlilikdən iki dənə qızları olur. Yağışlı bir gündə uşaqlı sevgisi Şimamoto Hacimenin işlətdiyi bara gəlir və Hacimenin həyatı tamamilə dəyişir.
Sərhəddən Cənubda, Günəşdən Qərbdə
Sərhəddən Cənubda, Günəşdən QərbdəHaruki Murakami · Qanun Nəşriyyatı · 20164,353 okunma
Geri114
147 öğeden 141 ile 147 arasındakiler gösteriliyor.