Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
10/10
2 Kişi
1
Okunma
2
Beğeni
667
Görüntülenme
İndiyə qədər yazdığım bütün kitabları sağ əllə yazsam da, bu dəfə bundan imtina etdim, “Solaxay”ı sol əllə yazdım. Bu addımım özümə, keçmişimə qayıdışdır, bir sözlə, sağ keçmişimlə vidalaşıram. Sol əl daha həssasdır, duyğuludur. Sol əllə yazanda insanın bütün hissiyyatı və vücudu ekstaz vəziyyətə gəlir. Təsadüfi deyil ki, bütün hərəkətlər, dünyanın düzəninin dəyişməsi solla başlayır. Mənim dünyadan küsməyim çox orijinal alındı. Həm də öz sağ tərəfimdən küsdüm. Qərara almışam ki, bundan sonra sağ tərəfimi iflic edərək bütün hərəkətləri yalnız solla yönləndirim. Bununla bağlı romanda xeyli maraqlı bilgilər, çözüləcək şifrələr var. Roman ilk baxışdan, bəlkə də Den Braun romanlarına bənzəyəcək, amma oxuyandan sonra görəcəksiniz ki, bu, tam orijinal bir əsərdir və dünya ədəbiyyatı hələ ki, bu mövzulara keçməyib.” Təzəcə qələmə aldığım “Solaxay” romanımın baş qəhrəmanı qəribə bir sirrin iştirakçısıdır. Müalicə aldığı Moskva xəstəxanalarının birində o, bəzi tam məxfi tibbi təcrübələrdən keçirilir. Bəlli olur ki, romanın bu baş qəhrəmanı, şərti adı “Qabriel” olan bir başqa xəstəylə birgə eyni yuxular görür, eyni fantaziyaları bölüşür. Şad xəbəri qəfil aşkarlayan çoxbilmiş Moskva həkimləri qərara gəlirlər ki, bu vahid yuxular vasitəsiylə qeyb aləminə, paralel dünyaya daxil olub ordan gizli məlumatlar, öncəgörmələr almaq mümkündür. Necə deyərlər dəyirman işə düşür, gizli əməliyyat başlayır...Roman düşür öz axarına.
Yazar:
Hamid Herischi
Hamid Herischi
Tahmini Okuma Süresi: 10 sa. 29 dk.Sayfa Sayısı: 370Basım Tarihi: 2014Yayınevi: Zero Nəşriyyatı
ISBN: 9789952494013Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.