Kitabdan belə bir nəticəyə gəlmək olar ki, əsl eqoist insanlar həmişə ətrafında olan digər insanları eqoist olmaqla ittiham edirlər. İnsanlar arasındakı bu mənfəət əlaqəsi daxili vəziyyətin əməlli başlı korlanmasına gətirib çıxarır. Kitabda da əsas obrazlardan olan Foma Fomiçin hər hərəkətində, Hər dediyi kəlamda digərlərini, əsas da İlyiçi günahkar hesab etməsi bir yerdən sonra əsl qıcıq verir adama. Belə insanlar cəmiyyət arasında o qədər yayılıb və aramıza o qədər gözə görünməz maneralarla girirlər ki, fərqində olmadan çox vaxt özümüzü qətiyyən günahımız olmayan məqamlar üçün ayıblayıb tükədirik.
Soruşacaq olsanız, bəli, oxumağınızı tövsiyə edirəm.