Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Susqunluğun Anatomiyası

Václav Havel

Yorumlar ve İncelemeler

Tümünü Gör
100 syf.
8/10 puan verdi
·
3 günde okudu
Susqunluğun Anatomiyası
Bir neçə il bundan NİDA.çılar tərəfindən hədiyyə olunmuş kitab uzun zaman gözdən könüldən uzaq bir yerdə nəzərimdən gizlənərək yaşamışdı kitabxanamda. Nəhayət, oxumaq qismət oldu. "Susqunluğun anatomiyası" kitabı ilk tanışlığım oldu Vlatslav Havel ilə. Çexiyalı yazıçı, dramaturq, dissident, siyasi xadim Vlatslav Havel bu əsərində siyasi düşüncələrini paylaşıb. Kitaba "Susqunluğun anatomiyası" və "Siyasət və vicdan" əsərləri daxildir. Hər iki əsərində yazıçı, dünya və onun ətrafında dönən siyasi oyunları, azadlıq mübarizələrini, sülh oyunlarını, dünyadaki siyasi güclərin hadisələrə təsirini, pərdəarxası məqamları, siyasi quruluşlar haqda düşüncələrini və s. işıqlandırıb. Doğrusu, siyasi biliyim və hadisələri siyasi təhlil bacarığım çox da qənaətbəxş deyil. Bu səbəbdən, daha geniş şərh boyumu aşar deyə düşünüb, əsər haqda bir neçə cümlə yaza bildim sadəcə. Qısa məzmunda çox şey ifadə eləyən kitablardandı. Oxumağın yararlı olacağını düşünürəm.
Susqunluğun Anatomiyası
Susqunluğun AnatomiyasıVáclav Havel · Nida Kitab · 20153 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.