Mən təəccüblə ona baxırdım,fikirləşirdim ki,görəsən,öz sözləri ilə məni heyrətə gətirdiyini anlayırdımı?Amma o sadəlövh,məsum bir görkəm almışdı,yad adamın ölümü haqqında danışan adamlar kimi bir az qüssələnmişdi.Onda mən başa düşdüm:üzündəki maska sifətinə elə möhkəm bağlanmışdı ki,lap qaynayıb dərisinə qarışmışdı.Jizel əhvalatdan xəbərdar olduğumu unutmuşdu.