Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Amerikalı bir ana fransızların uşaq böyütme üsullarını keşf edir

Uşağınızı Fransız Kimi Böyüdün

Pamela Druckerman

Uşağınızı Fransız Kimi Böyüdün Gönderileri

Uşağınızı Fransız Kimi Böyüdün kitaplarını, Uşağınızı Fransız Kimi Böyüdün sözleri ve alıntılarını, Uşağınızı Fransız Kimi Böyüdün yazarlarını, Uşağınızı Fransız Kimi Böyüdün yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
288 syf.
10/10 puan verdi
·
Beğendi
·
134 günde okudu
Kitab Amerikalı jurnalist olan Pamela Druckermanın Fransada yaşayarkən fransızların uşaq böyütmə üsullarının vacib məqamlarını tədqiq etməyindən bəhs edir. Özünü aparmağı bacaran uşaqlar böyütmək istəyən və eyni zamanda bir yetişkin kimi həyatını dolu-dolu yaşamaq istəyən valideynlər bu kitabı mütləq oxumalıdır.
Uşağınızı Fransız Kimi Böyüdün
Uşağınızı Fransız Kimi BöyüdünPamela Druckerman · Qanun Nəşriyyatı · 0178 okunma
Uşaqlar valideynlərinin arzularını reallaşdırdıqları cisimlər, ya da mükəmməl olmalı olan layihə deyillər. Onlar özlərinə görə bir fərddirlər və öz zövqlərini, həzzlərini (hətta öz sirrlərini) formalaşdıra bilərlər və dünyanı öyrənə bilərlər.
Sayfa 279 - Qanun nəşriyyatKitabı okudu
Reklam
"Müasir valideynlər uşaqlarını emosional və fiziki çətinliklərdən qorumağa meyillidirlər; uşaqlarına azadlıq verməkdənsə, onlara rəqabət və uğur qazanmaq üçün çoxlu dərs yükləyərək bilik-bacarıqlarını artırmaq istəyirlər".
Sayfa 267 - Amerikalı psixoloq Wendy Mogel "The Blessing of a Skinned Knee"Kitabı okudu
"Həvəslə ver, həvəssiz rədd et. Ancaq rədd edəndə də qətiyyətli ol. Heç bir yalvarış fikrinizi dəyişməsin. Bir dəfə "yox" dedinizsə, divar kimi sərt olun, belə olan halda uşaq beş-altı dəfə hərəkətlərini təkrar edib, sonda dayanacaq. Beləcə o, istədiyini əldə edə bilməsə belə səbirli, təmkinli, sakit və itaətkar olacaq".
Sayfa 262 - Qanun nəşriyyatKitabı okudu
Sərhədlər olmasa, uşaqlar arzularına uduzarlar.
Sayfa 259 - Qanun nəşriyyatKitabı okudu
Uşaqları idarə etməsən, gec-tez onlar səni idarə edəcək.
Sayfa 218 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
"Uşağın hər istəyinə əməl etmək təhlükəlidir. Əgər uşaqlara gözləmələri söylənəndə ağladıqları an anaları gəlsə və gözləməkləri bitsə, onlar tezliklə gözləməməyi də öyrənə bilərlər; gözləməyəndə, qışqıranda və ağlayanda mükafatlandırıldıqlarını öyrənərlər".
Sayfa 93 - Walter MischelKitabı okudu
Fransız psixoloq Didier Pelux "Xoşbəxt uşaq" kitabında uşağı xoşbəxt etməyin yolunun ona xəyal qırıqlığı yaşatmaq olduğunu deyir: "Bu o demək deyil ki, onu oynamağa qoymamalısınız, yaxud qucağınıza almamalısınız. Əlbəttə, onun zövqlərinə, ritminə, şəxsiyyətinə hörmət etməlisiniz. Sadəcə olaraq, uşaq kiçik yaşlarında dünyada tək olmadığını və hər şeyin öz vaxtı olduğunu öyrənməlidir".
Sayfa 92 - Didier Pelux "Xoşbəxt uşaq"Kitabı okudu
Lap erkən yaşlarında uşağın belə tək qalmağa ehtiyacı var və anasının müşayiəti olmadan özü yatmağa və oynamağa vərdiş etməlidir.
Sayfa 73 - LeersnyderKitabı okudu
Həmişə uşağın tələblərinə cavab verib, heç vaxt "yox" deməmək onun şəxsiyyətinin formalaşmağı üçün təhlükəlidir. Çünki uşaq öz qarşısında ona müqavimət göstərəcək maneə olmadığını hiss edəcək, ona görə də ondan nə tələb olunduğunu anlaya bilməyəcək.
78 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.