Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Veronika Ölməyə Qərar Verir

Paulo Coelho

Veronika Ölməyə Qərar Verir Gönderileri

Veronika Ölməyə Qərar Verir kitaplarını, Veronika Ölməyə Qərar Verir sözleri ve alıntılarını, Veronika Ölməyə Qərar Verir yazarlarını, Veronika Ölməyə Qərar Verir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
-Mən sağalmışam? Yox.Siz əslində olduğunuzdan fərqlisiniz,amma hamı kimi olmağa çalışırsınız.Və bu,mənim fikrimcə,ciddi xəstəlikdir.
Sayfa 182Kitabı okudu
Normallıq ümumi razılaşmadan başqa bir şey deyildir ; yəni ki,əksəriyyət nəyinsə düzgün olduğuna qərar verir və həmin şey normaya çevrilir.
Sayfa 180Kitabı okudu
Reklam
Mənim özümü sevməyi öyrənməyə ehtiyacım var;özümü inandırmalıyam ki,mən özüm qərar verməyə qadirəm.Özümün vermədiyim qərarları qəbul etməyə məcbur edilə bilmərəm.
Sayfa 140Kitabı okudu
İnsanlar onların həyatlarını idarə edən yazılmamış qaydalardan bir addım belə kənara çıxmağa qətiyyən cürət etmirdilər.
Sayfa 116Kitabı okudu
Veronika hər nəyə nifrət bəsləsə də,hər şeydən çox öz sürdüyü həyata,bu qədər vaxtı içində yaşayan maraqlı,çılğın,hər şeylə maraqlanan,qorxmaz və cəsur Veronikaları kəşf etməyə cəhd göstərmədiyinə təəssüflənirdi.
Günlər bir-birinə bənzədikdə,vaxt daha da tez keçirdi.
Reklam
Yeniyetmə çağında seçim etməyin hələ çox tez,indi isə,bu yetkin yaşında nəyisə dəyişməyin çox gec olduğuna özünü inandırmışdı.
Veronika həyatı boyu tanıdıqları ilə ünsiyyəti zamanı fikir vermişdi ki,insanlar başqalarının həyatlarında baş verən dəhşətlər haqqında sanki onlara səmimi qəlbdən yardım etmək istəyirlərmiş kimi danışırlar. Amma əslində həqiqət bu idi ki,onlar digərlərinin acı çəkmələrindən zövq alırlar,çünki elə hesab edirlər ki,əzab çəkənlərə nisbətən onlar xoşbəxtdirlər və həyat onlara qarşı daha mərhəmətli davranmışdır. O bu cür düşünən insanlara nifrət edirdi.
Ətrafımızdakılar bizi xoşbəxt cütlük hesab edəcəklər,lakin heç kəs xoşbəxtlik fasadının altında nə qədər tənhalıq,nifrət və vəziyyətlə barışıq hissinin olduğunu bilməyəcək.
Heç kəsin başqalarını mühakimə etməyə haqqı yoxdur.Hər bir insan öz çəkdiyi əzabların dərəcəsini və ya həyatındakı mənasızlığı özü yaxşı bilir.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.