Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Veronika Ölməyə Qərar Verir

Paulo Coelho

Yorumlar ve İncelemeler

Tümünü Gör
220 syf.
·
Puan vermedi
·
10 günde okudu
Kitabda bir çoxumuzun tutulduğu xəstəliyə geniş yer verilib "Başqalarını məmnun etmə" xəstəliyi. Veronika həyatda maddi olaraq hər şeyə sahibdir ,lakin xoşbəxt deyil çünki,azadliq hissindən məhrumdur. İnsan istər -istəməz özünə sual verir hansımız tam olaraq azadıq?və ya azadlıq bizim bizim üçün nə ifadə edir? Kitabı oxuyarkən,bir daha anlayrırsan ki,ətrafındakı insanların nə dediyinin,nə fikirləşdiyinin heç bir önəmi yoxdur.Önəmli olan sənin nə hiss etdiyindir.
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
Reklam
220 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
@flower_0000 ilə 5 kitab seçmişik, o kitablardan birini oxudum, həm də Coelhodan oxuduğum ilk kitab oldu, kitabda Veronikanın intihar qərarı verməsi ilə başlayır və edir, ancaq uğursuzluqla nəticələnir, gözünü Vilet xəstəxanası hansı ki psixoloji xəstəxana olan yerdə açır, həkimlər ona isə bədbəxt bir xəbər verir ki, ürəyinin 2 mədəciyi İşləmir, bir neçə həftəlik ömrü qalıb. Ölümü arzulayan Veronika bu xəbərdən sarsılır, sanki ölmək istəmir, ancaq bilir ki, heç bir şeyi dəyişə bilməyəcək, öləcəyi günü gözləyir, lakin sonra elə insanlarla qarşılaşır ki, ona həyatı öyrədirlər, aralarından biri Eduard əsas da. Kitabdan xal qırdım səbəbi isə kitabın mənim fikrimcə, tam xala layiq olmaması idi. Ancaq kitab o qədər axıcıdır, bu yay isǝ elə axıcı kitablar çox az oxudum. Kitabdan əsas başa düşdüyüm o oldu ki, insan hər hansı bir xəstəliyə tutulanda və ya bir qəza baş verəndə ölümdən uzaqlaşmağa, qaçmağa, həyatda qalmağa çalışır, ancaq intiharı isə özü arzulayır, ona cəhd atır, Veronika da bu hissləri yaşadı. Kitabı tövsiyə edirəm, hər kəsə xoş mütaliələr. :)
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
200 syf.
·
Puan vermedi
Hamımız həyatımızda ən azı bir dəfə ölməyi düşünmüşük. Ara sıra problemlərdən yaxa qurtara bilmədiyimizi düşünəndə biz də ən asan yolu ölümdə görürük, düşüncə kimi ağlımızın ucuna gəlsə də doğru seçim olmamalı və bu fikri olduğu qədər azaltmalı, insanlara düşüncələrinin dəyişməsinə kömək etməliyik. Bəziləri buna güc deyər, bəziləri cəsarət deyər. Əsl cəsarət bu deyil, nəticə olaraq öz içindəki səni , öz duyğularını, istəklərini kəşf edə bilmək və pes etməməkdir. Veronika da sonda özünü tapa bilmiş, xoşbəxt olmuşdu. Son səhifələri kədər içində oxudum.Kaş sonda Eduard ilə qovuşa bilsəydilər (
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
220 syf.
7/10 puan verdi
·
Beğendi
·
17 günde okudu
Bu kitabda Veronikanın həyatı bizə çox şeydən bəhs edir. Onlardan biri də həyatın düz yox, enişli-yoxuşlu olmasıdır. Bəzən aşağı endiyimizdə önümüzü görə bilmirik orda bizi gözləyən gözəlliklərdən bixəbər oluruq ama səbr edib yoxuşu qalxsaq daha gözəl günlər bizi gözləyir. Həyatımızdan şikayət edirik ama bizim həyatımız başqalarının xəyalı ola bilər. Ayaqları olmayan bir insan gəzməyi, kor biri görməyi, yaxud biliyi olmayan bir insan yazıb oxumağı arzulayar. Bizim "ən pis" dediyimiz başqalarının "kaşkisidir" Kitaba gəldikdə isə Eduard və Veronikanın qısa müddətdə aralarında yaranan bağ və o son səhifələr təsirli idi. Hər nə qədər kitabın sonu bir ümüdlə bitsədə kədərlə oxudum kitabı.
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar Verir
Paulo Coelho
Paulo Coelho
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
Reklam
243 syf.
6/10 puan verdi
·
10 günde okudu
Kitabın təhlilinə baxdım bir çoxu bəyənib. Düşünürəm şişirdilmiş kitabdı. Veronika 24 yaşlı gənc qızdır və intihara cəhd edir. İntihardan sonra baş verənlər qızın həyatında olan dəyişikliklər və s. Zaman itkisidir deyə düşünmürəm, çünki kitabda əsas məqamlardan biri də başqalarını məmnun etməyə çalışmaq, öz istəklərini bir kənara qoyub başqasının sənin üçün çoxdan planladığı həyatı yaşayıb olduğu kimi qəbul etmək vurğulanır. Günlük həyatımızda bunlar hələ də mövcuddur))
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
220 syf.
·
Puan vermedi
·
4 günde okudu
24 yaşlı Veronika
Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dərman içərək intihar etmək istəyir. Bu qərarını o, iki cür əsaslandırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün, dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə müdaxilə etmək üçün gücsüzlüyünü dərk edən Veronika intihardan başqa çıxış yolu görmür. Amma cəhdi uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır. İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada Eduarda aşiq olur. Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur. Səhər açılanda isə Veronika…
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
220 syf.
8/10 puan verdi
·
6 günde okudu
Baş qəhrəmanımız gənc və gözəl qız olan Veronika sakit, rahat və arzuladığı həyatı yaşadığını düşündüyü üçün bu sakit həyatdan bezib intihar etmək qərarına gəldi. Lakin, onun bu özünü öldürmək qararı uğursuz oldu. Veronika gözlərini açanda nə cənnətdə nə cəhənnəmdə idi o Vilet adlı ruhi xəstəxanada idi. Həkim Veronikanın ürəyinin ciddi zədələndiyini və bir həftə yaşaya biləcəyini deyir. Veronika bu müddət ərzində özünə xəstəxanada yoldaşlar tapır və Eduard adlı şizofren oğlana aşiq olur. Bəyəndiyim bir kitab oldu, oxucuya fəlsəfi bir məna aşılayır ancaq düşünürəm ki, hər kəs öz düşüncə tərzinə uyğun olaraq yazarın nə demək istədiyini anlayacaq:) Xoş mütaliələr ♡
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
220 syf.
10/10 puan verdi
·
3 günde okudu
Sabahın 6sında elime aldım 2 saattir bırakamıyorum. Nasıl mükemmel bir akıcılıktır bu. Sanırım Paulo artık favorilerimden oldu,hayran kaldığım 3cü kitabı bu. Sonunu çokk merak ediyorum
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
Reklam
220 syf.
6/10 puan verdi
·
Beğendi
"İntihar" hec de cixis yolu deyil.Eger cixis yolu olsaydi her kes intihar ederdi.İntihar etmek "Allaha"qarsi cixmaq demekdir.Allahin verdiyi cani hec kes ala bilmez.İntihar edenlerin bezilerinde ugurlu alinir,bezilerinde ugursuz.Ugursuz alinan insanlarin intihari şikestlikle neticelenir.Buda omur boyu pesmanciliq yaradir insanda.Ugurlu alinan insanlarin intihari ise,omur boyu "cehennem"ezabinda yanmaq olur.Hemde pesmanciliq hissi...Bele bir "atalar sozu" var:Sonraki pesmanciliq fayda vermez. Veronikanin intihari da,ugursuz neticelendi.O,ele bildi ki,dermanlari icib olecek ve bu heyatdan qurtulacaq.Amma,bu bele olmadi.O,zeherlendi ama olmedi.Hekimlerin onun oleceyini,onun omrune az qaldigini deselerde Veronika yene olmedi.Belkede onu sevgi xilas eledi...Xestexanada tanis oldugu sevgilisi Eduard...
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
220 syf.
8/10 puan verdi
Kitab intihar etməyə cəhd edən bir qız ilə başlayır. İntihar üçün böyük bir səbəb yoxdur, əslində ortada bir səbəb yoxdur. Veronika 24 yaşında bir qız kimi həyatını yaşayır, işi, ailəsi, ətrafı, normal bir həyatı var, amma o bu "normallığı" sorğulayır əsərdə tam olaraq və həyatın darıxdırıcı olduğu qənaətinə gələrək həyatına son qoyur. Əlbəttə, o bu məqsədinə nail ola bilmir və gözünü psixi xəstəxanada açır. Əsər öz axıcı dili ilə bərabər, cəmiyyətdə qəbul edilən "doğrular" hər zaman doğrudurmu? sualını özümdə müzakirə etməmə səbəb oldu. Bundan əlavə, əsərin sonunun yarımçıq qalmış kimi kəsilməsi mənə görə qaneedici deyildi.
Veronika Ölməyə Qərar Verir
Veronika Ölməyə Qərar VerirPaulo Coelho · Qanun Nəşriyyatı · 201377,7bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.