Xalqın Şairi

Kolektif

Sözler ve Alıntılar

Tümünü Gör
Sevgi nağılı
Mən günəş olaram səhər səninçün, Buludlar içində yalqız gəzərəm. Görsəm istiliyim incidir səni, Olub göy üzündə ulduz gəzərəm. Desən darıxmışam ötən günlərçün, Yenidən başlayıb başa dönərəm. Desən ki, danışma, sus, daha bəsdi,
Sayfa 81 - Şəfaqət ƏləsgərovaKitabı okudu
Deyirsən şeirdən nə tapmısan sən? - Mən şeir yazmasam, sən adi qızsan... (Qismət Məsim)
Sayfa 6 - Teas pressKitabı okudu
Reklam
Hardan bilərdim?
Mən hardan bilərdim sevərəm bir gün, Həsrətdən alışıb yana bilərəm?! İsti nəfəsindən külə çevrilib, Soyuq baxışından dona bilərəm?! Mən hardan bilərdim dəli olaram, Görərəm hər gecə yuxumda səni?! Özüm itirərəm həsrət yolunda, Sonra axtararam çoxunda səni?! Mən hardan bilərdim ürəyim səndə, Gözlərim ömürlük yolda qalacaq?! Bütün xəyallarım öndə gedəcək, Bütün arzularım dalda qalacaq?! Mən hardan bilərdim sənli günlərim, Sənsiz günlərimin xatirəsidir?! Dəli deməsinlər adıma mənim, Desinlər sadəcə eşq xəsdəsidi. Mən hardan bilərdim, hardan bilərdim, Sənin son gedişin əcəlim olar?! Yaşadım, xəbərin olmadı məndən Bir gün yaşamaram, xəbərin olar!
Sayfa 80 - Şəfaqət ƏləsgərovaKitabı okudu
Sən nə gözəl unudursan adamı...
Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı... Necə sevdim, necə gəldin xoşuma, Ötən günlər xatirədir bir udum. Mən haranın külün töküm başıma, Heç bilmirəm səni necə unudum. Hələ ki, səbrimin daş tərəfisən, Hələ ki, yaramda duz saxlayıram. Sən mənim ömrümün qış tərəfisən, Səndən ürəyimi buz saxlayıram. Könlüm küsdü sevgilərin dadından, Çoxmu gördün sən mənə bir salamı? Elə gözəl çıxıram ki, yadından, Sən nə gözəl unudursan adamı...
Sayfa 110 - Vasif ZöhraboğluKitabı okudu
Sən məndən söz soruşanda, Düşünmə nəsə bilmirəm. Gözlərimiz danışanda, Sözünü kəsə bilmirəm. Sevgimdən danışsam əgər, Dünya dəli deyər mənə. Sultanımız sənsən deyib, Aşiqlər baş ǝyǝr mənə.
Sayfa 24 - Cəlil ƏliyevKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.