Sözler ve Alıntılar

Tümünü Gör
Leyli və Məcnun
O bunun üzünə nəzər salaraq, Quruca könlünü vermişdi ancaq. Yoldaşlar elm alıb dərs oxuyurdu, Onlar da eşq adlı elmi duyurdu. Yoldaşlar lüğətdən söz axtarardı, Onların başqa bir lüğəti vardı. Yoldaşlar deyirdi addan, sifətdən, Onlar da eşq adlı bir sərgüzəştdən Yoldaşlar elm üçün kitab açardı. Onlar da eşqdən söhbət açardı. Hesab öyrəndikcə hər oğlan, hər qız Onlar özlərini sayırdı yalnız.
Sayfa 327Kitabı okudu
Kəklik qarışqanı dimdikləyərək, Onu dimdiyində sıxırdı bərk-bərk. Qarışqa kəkliyə gülərək bu an, Dedi ki:"Sən gülmək bacarmayırsan". Yazıq qarışqaya baxaraq dik-dik "Bu mənim peşəmdir",-söylədi kəklik. Sonra qəhqəhəylə o güldü birdən, Saldı qarışqanı öz dimdiyindən. Hər kim bu dünyada gülərsə artıq, Ondan uzaqlaşar məncə xoşbaxtlıq.
Sayfa 338Kitabı okudu
Reklam
Məcnunu boğmuşdu qan dalğaları, Leyli o yazığı anırmı barı? Məcnunun bağrını yandırır ələm, Leyli hansı qəlbə su səpir bu dəm? Məcnunun qəlbini dəlmiş ox, tikən, Leyli nə naz ilə yatır, görəsən? Məcnun min ah çəkib ağlayır burda, Leyli necə şadlıq axtarır orda? Məcnun dərd içində, dağ içindədir, Leyli hansı bahar, bağ içindədir? Məcnun qəm zənciri vurmuş özünə, Leyli gülümsəyir kimin üzünə? Məcnunun ürəyi ürkmüş hicrandan, Leylinin xəyalı nədir bu zaman?
Əzab içindəydi o nazlı mələk Varmı məhəbbətlə şad olan ürək?
Sayfa 342Kitabı okudu
"Qarşında yüz tanış ola-ola sən Nədən yad qızına könül verirsən? Gəl bu gözəllərə, cananlara bax. Səninçin nazəndə bir sənəm alaq. Oxşasın könlünü o nazlı nigar, Şəkərə süd kimi uyuşsun o yar. Canından deyildir, unut Leylini, Bir də o dilbərə salma meylini". Məcnun qohumların yalvarışından İnciyib daha da oldu pərişan. Cırdı köynəyini, lüt qaldı bədən, Dedi ki:"Ölmüşə nə lazım kəfən? Bu iki aləmə sığmayan bir kəs Bir can köynəyinə yerləşə bilməz".
Sayfa 331Kitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.