Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xoşbəxtliyə Çatanda Əldə Qalanlar

Məsudə Cabbar

Xoşbəxtliyə Çatanda Əldə Qalanlar Sözleri ve Alıntıları

Xoşbəxtliyə Çatanda Əldə Qalanlar sözleri ve alıntılarını, Xoşbəxtliyə Çatanda Əldə Qalanlar kitap alıntılarını, Xoşbəxtliyə Çatanda Əldə Qalanlar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bəlkə də ona görə etmədi ki, xoşbəxtlik deyə xəyal etdikləri o xülyaya çatsalar əllərində heçnəyin qalmadığını anlayacaqlarını və bunun üçün heç vaxt bir-birlərini bağışlamayacaqlarını dəqiq bilirdi.
Sayfa 312Kitabı okudu
Heç elə hiss etmisənmi ki, bütün dünya sənə qarşı olsa da sadəcə yanında olan bircə insanla hər çətinliyə qalib gəlməyə gücün çatar?
Reklam
“Nə zaman insanların arasına çıxsam, daha az insan olaraq geri qayıdıram”. (Irvin D.Yalom - Bu günü yaşama arzusu)
Sayfa 50 - Mayak NəşriyyatıKitabı okuyor
Amma mən özümü sevirəm. Bu nə qədər qəbul edilməsi çətin bir şey olsa da özümə olan bu gizli bağlılığım ucbatından məni incitmə ixtiyarını kiməsə verməyi hər zaman rədd etmişəm.
Sayfa 183Kitabı okudu
+ İstəyirsən, sənə gül alım? Elə-belə. – Olar. + Hansından olsun? – Nə bilim, ən qəşənglərindən! + Gülün də qəşəngi olar heç? – Əlbəttə olar.. Bir onlara bax..?! + Baxıram – Nə görürsən? + Bir sürü ölü! – Ölü?? + Hə – Eh... Sən nə biləsən axı! Caz klubu səni təmiz əldən salıb! Bədbin olub getmisən! + Buna bax ha! Gör kim deyir! Bir də ki, mən bədbin deyiləm, sadəcə anlamıram! – Nəyi? + Niyə gözəlliyi məhv edib sonra bundan zövq aldığınızı. – Çünki gözəllik ağrıdan gəlir. + Deməli ağrıdan həzz alırsan? – Bilmirəm, bəlkə də. Əslində çox vaxt hə. Bir də ki, sən buna bu qədər qarşısansa gül almağı niyə təklif edirsən? + Bilmirəm. Sözdür də dedim – Qəribə adamsan..! + Bu yaxşıdır? - o, əli ilə bəyaz zambaqları göstərdi – Çox gözəldir. + Saxla, bir də sənin əlində baxım – Başa düşmədim, nəyə baxırsan? + Ağrının gözəlliyinə!
İnsan özünü kitab xülyasına çox qapdıranda elə düşünür ki, bütün sevdiyi insanlar da onun öyrəndiyi şeyləri öyrənir, onunla birlikdə addımlayır və özlərini onun qədər həyəcanlı hiss edirlər. Ancaq bir müddət sonra ayılırsan ki, yaxınlarınla aranda dərin bir boşluq yaranıb.
Reklam
İçi boş olan gözəl qadınlar, gün işığında yandırılmış şam kimi idi..
Mayak NəşriyyatıKitabı okuyor
Mən buna inanıram: Həqiqətən çox şey bilən birini heç vaxt müharibəyə apara bilməzsən. Və ya onda vətənpərvərlik adına bir şey tapa bilməzsən. Qısası, vətənpərvərlik, silahlar, müharibələr, ordular! Bunlar bizim çağdaş mədəniyyətə sahib olduğumuzu yox, hələ də ibtidai icmalar olduğumuzun sübutudur.
SON....
O, gözlərini Kahiradan ayırmadan böyük məhəbbətlə sevdiyi bu qadının həyatından gedişini izlədi. Arxaya çevrilməyəcəyindən o qədər əmin idi ki, bunun üçün onunla qürur duydu..
İnsanlar gedərək daha çox özünə qapanır və kəpənəyə çevrilmədən ölüb gedən tırtıllara çevrilirlər..
Sayfa 138 - Mayak NəşriyyatıKitabı okuyor
Reklam
– Niyə mənə həmişə o cür səslənirsən? + Necə? – "Kövrək laləm" + Lalə mənim ən sevdiyim güldür. – Çox zəifdir.. + Zəif deyil, sadəcə başqa həyat bilmir. Öz yerindən qoparılandan cəmi iki-üç dəqiqə sonra sürətlə canlılğını itirir ölməyə başlayır. Əslində bir çoxumuzla oxşardır...
Əgər iki insan bir-birini həqiqətən sevsə hər şeyə bir çarə tapmaq, çatıșmayan bir şeyi başqa bir şeylə doldurmaq olardı.
Sayfa 236Kitabı okudu
Gözləri yorğunluqdan bir nöqtəyə zillənəndə, nə çox xırda şey üçün darıxır insan...
İnsanlar xoşbəxtliyi başqa birində tapacağına inanır. Çünki xoşbəxtliyin nə olduğunu və nə olmadığını qavramırlar. İtirdiyin nəyinsə harda olduğunu bilmirsənsə, o şey hər yerdə ola bilər.
"Hər gün eyni vaxtda gəlsən daha yaxşı olar.. Məsələn hər gün saat dörtdə gəlsən mən saat üçdə xoşbəxt olmağa başlayaram.."
Sayfa 231Kitabı okudu
667 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.