Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəstəxanada Görüş

Aminə Sədr

Xəstəxanada Görüş Sözleri ve Alıntıları

Xəstəxanada Görüş sözleri ve alıntılarını, Xəstəxanada Görüş kitap alıntılarını, Xəstəxanada Görüş en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Çünki şərikli həyat bir ticarət şirkəti və ya ictimai klub deyil , ruh və fikir birliyidir . Bu birlik isə əqidələr fərqli olduqda əldə olunmur . Buna görə də əgər biz fikir baxımdan bir-birimizdən ayrılsaq , əslində , bizim şərikli həyatımız da qırılacaqdır .
- Nəfisə , elm insanı imana dəvət edir . İnsanın biliyi artdıqca , yaradana imanı da çoxalır. Nəfisə soruşdu : - Necə ? Aminə dedi : - İnsan bir şeyi tanımasa , onun dəyərini də bilməz . Məsələn , sən bu elektrik sobasına baxdıqda , dəqiq başa düşə bilməzsən ki , onu düzəldən şəxs bu işi nə qədər diqqət və incəliklə görmüşdür . Təsəvvür belə edə bilməzsən ki , bu işin nə qədər biliyə və çoxsaylı sınaqlara , təcrübələrə ehtiyacı olmuşdur . Sən bu işdən bir azca məlumatı olan insandan fərqlənirsən .
Reklam
Marağı o qədər çox idi ki , dözməyib kitabı vərəqlədi . Diqqətlə kitabın üz qabığına baxdı - insan beyninin təsviri çəkilmişdi . Şəklin altında aşağıdakı mübarək ayə yazılmışdı: " Bu gördükləriniz Allahın yaratdıqlarıdır . İndi siz mənə Allahdan başqalarının nə yaratdıqlarını göstərin " ( Logman / 11 )
Sayfa 13
....ömrümün ən xoş saatları elmimin artdığı saatlardır.
....."Hər şeyə şəkk etmək lazımdır", - müddəasına da şəkk edirlərmi? Başqa sözlə, şəkkin özünə də şəkk edirlərmi?
Şərikli həyat
...Çünki şərikli hayat bir ticarət şirkəti və ya ictimai klub deyil, ruh və fikir birliyidir. Bu birlik isə əqidələr fərqli olduqda əldə olunmur. Buna görə də əgər biz fikir baxımdan bir-birimizdən ayrılsaq, əslində, bizim şərikli həyatımız da qırılacaqdır...
Reklam
- Skeptiklər bütün müddəalara qarşı şəkk edirlər , elə deyilmi ? - Amina soruşdu . Nəfisə təsdiq etdi . - Buna əsasən , görəsən , " hər şeyə şəkk etmək lazım dir " , - müddəasına da şəkk edirlərmi ? Başqa sözlə , şəkkin özündə də şəkk edirlərmi ? - Aminə soruşdu .
-Aminə , mənim oxumağa elə də marağım yoxdur . Mən daha çox qulaq asmağa üstünlük verirəm . Aminə dedi : - Amma Nəfisə , təkcə eşitmək kifayət etmir , onda insan maraqlandığı mövzunu tam başa düşmək üçün zehninə tam arxalanmır . İnsan oxuduğundan çox qulaq asırsa , dərk etmək üçün başqalarına möhtac olur . İnsan həmişə anlaşılmaz və qaranlıq məsələlərlə üzləşir , onları bilmək üçün mütaliə etməlidir . Əgər bir mövzunu anlamaqda başqalarına arxalansan , məlumatların məhdud olacaq , çünki eşitmək nə qədər yaxşı olsa da , kəmiyyət və keyfiyyət baxımından oxumağa çatmaz .
Sayfa 22