Xəstəxanada Görüş

Aminə Sədr

En Eski Xəstəxanada Görüş Sözleri ve Alıntıları

En Eski Xəstəxanada Görüş sözleri ve alıntılarını, en eski Xəstəxanada Görüş kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Marağı o qədər çox idi ki , dözməyib kitabı vərəqlədi . Diqqətlə kitabın üz qabığına baxdı - insan beyninin təsviri çəkilmişdi . Şəklin altında aşağıdakı mübarək ayə yazılmışdı: " Bu gördükləriniz Allahın yaratdıqlarıdır . İndi siz mənə Allahdan başqalarının nə yaratdıqlarını göstərin " ( Logman / 11 )
Sayfa 13
- Nəfisə , elm insanı imana dəvət edir . İnsanın biliyi artdıqca , yaradana imanı da çoxalır. Nəfisə soruşdu : - Necə ? Aminə dedi : - İnsan bir şeyi tanımasa , onun dəyərini də bilməz . Məsələn , sən bu elektrik sobasına baxdıqda , dəqiq başa düşə bilməzsən ki , onu düzəldən şəxs bu işi nə qədər diqqət və incəliklə görmüşdür . Təsəvvür belə edə bilməzsən ki , bu işin nə qədər biliyə və çoxsaylı sınaqlara , təcrübələrə ehtiyacı olmuşdur . Sən bu işdən bir azca məlumatı olan insandan fərqlənirsən .
Reklam
-Aminə , mənim oxumağa elə də marağım yoxdur . Mən daha çox qulaq asmağa üstünlük verirəm . Aminə dedi : - Amma Nəfisə , təkcə eşitmək kifayət etmir , onda insan maraqlandığı mövzunu tam başa düşmək üçün zehninə tam arxalanmır . İnsan oxuduğundan çox qulaq asırsa , dərk etmək üçün başqalarına möhtac olur . İnsan həmişə anlaşılmaz və qaranlıq məsələlərlə üzləşir , onları bilmək üçün mütaliə etməlidir . Əgər bir mövzunu anlamaqda başqalarına arxalansan , məlumatların məhdud olacaq , çünki eşitmək nə qədər yaxşı olsa da , kəmiyyət və keyfiyyət baxımından oxumağa çatmaz .
Sayfa 22
- Skeptiklər bütün müddəalara qarşı şəkk edirlər , elə deyilmi ? - Amina soruşdu . Nəfisə təsdiq etdi . - Buna əsasən , görəsən , " hər şeyə şəkk etmək lazım dir " , - müddəasına da şəkk edirlərmi ? Başqa sözlə , şəkkin özündə də şəkk edirlərmi ? - Aminə soruşdu .
Çünki şərikli həyat bir ticarət şirkəti və ya ictimai klub deyil , ruh və fikir birliyidir . Bu birlik isə əqidələr fərqli olduqda əldə olunmur . Buna görə də əgər biz fikir baxımdan bir-birimizdən ayrılsaq , əslində , bizim şərikli həyatımız da qırılacaqdır .
....."Hər şeyə şəkk etmək lazımdır", - müddəasına da şəkk edirlərmi? Başqa sözlə, şəkkin özünə də şəkk edirlərmi?
Reklam