Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xəyanətdə Nazirin Həyat Yoldaşı

Xəyanət

Elxan Elatlı

Yüksek Puanlı Xəyanət Yorumları ve İncelemeleri

Yüksek Puanlı Xəyanət sözleri ve alıntılarını, yüksek puanlı Xəyanət kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

810 üzerinden
459 Kişi · 34 İnceleme
448 syf.
10/10 puan verdi
·
4 günde okudu
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
10/10 puan verdi
Xəyanət
- Bu işdə təkcə Ruslan deyil xəyanətkar. Elə Məlikxanlının özünü götürək. Ona o boyda iş tapşırmışdılar. İmkan yaratmışdılar ki, xalqına, dövlətinə xeyir versin. Ancaq o, iş görmək əvəzinə görün nə qədər obyektlər açdırıb özü üçün. Bu, dövlətə, xalqa xəyanət deyilmi? Arvadı və oğlu da ona xəyanət etdilər. Elnur həm arvadına, həm Veneraya, Əlikram arvadına, uşaqlarına, Əlibəyli, Binyətov yenə də dövlətə, xalqa, Atayev həkimlik adına xəyanət ediblər. Bu işə başlayandan xəyanətlər içində qalmışam mən! Qara Xəfiyyə Qanbay Qasımlının dilindən olan bu sözlər həqiqətən insanı gerçəklərlə bir daha üz-üzə qoyur. 6 ölüm, 6 can bu qədər xəyanətə dəyərdi? Mal-dövlət yəni bu qədərmi yeyib həzm etdiyimiz o pul o qədərmi vacibdir?! İnsan bütün bunları oxuyanda, və ya gördükdə artıq hərkəsə inamı itir. Amma ataların bir sözü var. "Çox istəyən azdan da olar." Bu romanda həmin 'çox istəyən' Elxan Elatlının qələmindən çıxmış və real dünyamızda dəfələrlə rastlaşdığımız obraz olan Ruslan Dadaşov idi. Xoş mütaliələr.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
Reklam
448 syf.
10/10 puan verdi
·
Beğendi
Elxan Elatlidan oxudugum ilk kitabdi.Bir sozle "mohtesem".Oxudugum kitablar icinde en cox beyendiyim kitab.Dusunurem ki,bu kitaba bir film cekilse cox gozel ve baximli olar. Coxlari ele bilir ki, "xeyanet" tek sevgide olur.Ama bu bele deyil.Dostuna xeyanet,isine xeyanet,ailesine xeyanet...Eserde oldugu kimi.Hekim isine xeyanet edir,Ruslan dostuna xeyanet edir,Gulafet erine xeyanet edir.Yeni bir insan heyat yoldasi oldukden sonra bu qedermi tez unuda biler.Gulafet erinin dostu ile ona xeyanet edir.Hekim de dostuna xeyanet edir.Ruslan Dadasov,Niyazi Melikxanlinin en yaxin ve en etibarli dostu yox,en yaxin dusmeni idi.Ruslanin hiylegercesine qurdugu plan neticesinde her sey Melikxanlinin boynuna qalir.Sonra Melikxanlini oldurur.Eger Melikxanli,Qambay Qasimlini cagirmasaydi bu isin ustu acilmayacaqdi ve hec kim bilmeyecekdi ki,esil qatil,esil gunahkar kimdi.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
"Sən nə düşünürsən, Nuranə, insanlar niyə xəyanət edirlər? Və beləliklə Elxan Elatlı qələmə ilə də tanış olmuş oldum. Kitab çox axıcı, oxunaqlı dildə yazılıb hətta o qədər sadə dildə yazılıb ki, fəsillər bir göz qırpımında bitirdi. Təbii ki, buna hadisələrin maraqdolu olmasının rolu da danılmazdır. Bəs siz necə düşünürsüz, insanlar niyə xəyanət edir? Kitabda qısaca gözlənilmədən intihar edən Veronanın ölümünün araşdırılması fonunda bununla bərabər ailəsinə, dostuna, həyat yoldaşına hətta vətəninə belə xəyanət edən obrazlarla qarşılaşırıq. Və ən əsası da insanların bir neçə sifətə bürünüb özlərini gizlətməsinin şahidi oluruq.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Xəyanət... Məncə bu kəliməni əmələ gətirən hər hərfi layiqi ilə izah edənbir kitabdır Xəyanət... Vətənlə bağlı yazdığı əsərləri çıxmaq şərti ilə digər kitabların şah əsəridi deyə bilirəm... Oxumağa həqiqətən dəyər. Xəyanətin təkcə əks cins nümayəndələrinin bir-birinə duyduğu hissin yalanı olmadığını çox gözəl izahıdır bu kitab Qanbay müəllim həmişəki kimi nöqtəni qoyub
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
448 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
coox sevdim bu kitabi.Insan gerek her qarwisina cixana ve her deyilen soze inanmasin. Dostum deyib evinin icine,ailesinin icine hec kimi salmiyasan. Uqurlar gozel yazicimiza
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,385 okunma
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.