Xəyanətdə Nazirin Həyat Yoldaşı

Xəyanət

Elxan Elatlı

Düşük Puanlı Xəyanət Yorumları ve İncelemeleri

Düşük Puanlı Xəyanət sözleri ve alıntılarını, düşük puanlı Xəyanət kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

810 üzerinden
462 Kişi · 34 İnceleme
448 syf.
7/10 puan verdi
Açıq səhnələr kitabın əksər hissələrini təşkil edən yazardan bir xəyanət haqqında kitab istəsələr? Bu kitabda sevdiyim tək şey içərisində bütün növ xəyanətlərin olmasıdır
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
448 syf.
8/10 puan verdi
·
Beğendi
Əsərdə hər kəs bir birinə xəyanət edir, həkim həkim adına, qadın ərinə, ər arvadına hər şeyin başında da ən yaxın dostun xəyanəti bunların səbəbkarıdı. Oxuyandan sonra insan həyatda hər şeydə daha dəqiq olmağa, daha ağıllı tərpənməyə və dost seçərkən daha ehtiyatlı olmağa çalışır
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
Reklam
448 syf.
9/10 puan verdi
·
Beğendi
Bu kitab teze cixdiginda oxumusdum.Elxan Elatlinin en meshur ennn sevimli eserlerinden biridir.eserde yuksek vezife sahibi olan birinin basina gelen aglasigmaz facieden behs edilir.Insan xisletinin ayrilmaz unsuru olmus xeyanet on plana cekilir ve bu teessufedici hal Qaplan adli sedaqetli itle muqayisede cox qabariq sekilde oxucuya catdirilir.oxumaga deyer bir eser
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
448 syf.
10/10 puan verdi
·
4 günde okudu
Elxan Elatlının ilk əsərini oxuyuram. Yazıçının qələmə aldığı "Xəyanət" romanı axıcı və səlis yazılıb. Əsəri oxuduqca bütün duyğularım bir birini əvəz edirdi ,sanki xəyanətə uğramış mən idim . Oxuduğum heç bir kitabda bu qədər kin hissi keçirməmişdim,bu əsəri oxuyana qədər.Əsər elə gözəl cərəyan edir ki ,kimin şübhəli olduğu şübhə altında idi.Əsəri oxuyub bitirdikdən sonra,anlayırsan ki ,xəyanət ,yalnız insana xas bir xüsusiyyətdi. Xəyanəti şaxələsək , ətraflı izahını bu əsərdə tapa bilərik . Əsər, tanınmış doktor Əlisəttar Muradzadənin qızı Veneranın intihar məktubu ilə başlayır. Yazılan məktubda , nazir Niyaz Məlikxanlının Veneranın namusuna toxunduğu bildirilir.Fəqət Niyaz Məlikxanlı nə qədər günahsız olduğunu dilə gətirsə də ,bütün sübutlar onu göstərir. Hər şeyi aydınlaşdırmaq üçün Niyaz Məlikxanlı bir xəfiyyə tutur ,hüquqşunas dostu olan Ruslan, hər nə qədər işi öz öhdəsinə götürmək istəsə də ,Niyaz Məlikxanlı işin bütünlüklə xəfiyyə Qanbay Qasımlının öhdəsinə buraxır. Bütün işi canı bahasına da olsa öz öhdəsinə götürən Qanbay Qasımlı ,çətinliklə də olsa işin öhdəsindən gəlir . Xoş mütaliələr
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
448 syf.
10/10 puan verdi
Xəyanət
- Bu işdə təkcə Ruslan deyil xəyanətkar. Elə Məlikxanlının özünü götürək. Ona o boyda iş tapşırmışdılar. İmkan yaratmışdılar ki, xalqına, dövlətinə xeyir versin. Ancaq o, iş görmək əvəzinə görün nə qədər obyektlər açdırıb özü üçün. Bu, dövlətə, xalqa xəyanət deyilmi? Arvadı və oğlu da ona xəyanət etdilər. Elnur həm arvadına, həm Veneraya, Əlikram arvadına, uşaqlarına, Əlibəyli, Binyətov yenə də dövlətə, xalqa, Atayev həkimlik adına xəyanət ediblər. Bu işə başlayandan xəyanətlər içində qalmışam mən! Qara Xəfiyyə Qanbay Qasımlının dilindən olan bu sözlər həqiqətən insanı gerçəklərlə bir daha üz-üzə qoyur. 6 ölüm, 6 can bu qədər xəyanətə dəyərdi? Mal-dövlət yəni bu qədərmi yeyib həzm etdiyimiz o pul o qədərmi vacibdir?! İnsan bütün bunları oxuyanda, və ya gördükdə artıq hərkəsə inamı itir. Amma ataların bir sözü var. "Çox istəyən azdan da olar." Bu romanda həmin 'çox istəyən' Elxan Elatlının qələmindən çıxmış və real dünyamızda dəfələrlə rastlaşdığımız obraz olan Ruslan Dadaşov idi. Xoş mütaliələr.
Xəyanət
XəyanətElxan Elatlı · Qanun Nəşriyyatı · 20151,387 okunma
Reklam
20 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.