Yalnızlıqdan Şizofreniyaya

Oar

Yalnızlıqdan Şizofreniyaya Gönderileri

Yalnızlıqdan Şizofreniyaya kitaplarını, Yalnızlıqdan Şizofreniyaya sözleri ve alıntılarını, Yalnızlıqdan Şizofreniyaya yazarlarını, Yalnızlıqdan Şizofreniyaya yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yay səhəridi. Səhər şəfəqinin verdiyi ilahi enerjini tam gücüylə yararlanmağa çalışıram. Ciyərimə çirklənməmiş təmiz hava doldurub ürəyimi yuxarı qaldırıram. Günəş yenicə dənizin arxasından boylananda bütün vücuduma və simama səbəbsiz xoşbəxtlik hakim olur. Beləliklə, bu lənətə gəlmiş suallar və digər neqativ enerjisi olan hər şey keçir arxa plana. Səhər şəfəqini çox sevirəm. Səhər şəfəqinin verdiyi bu eyforiya olmasaydı məmnunluq hissimin olmadığından şübhələnərdim.
Biz hər kəsi tanıyırıq. Hər kəsin ağlından nə keçdiyini, nə fikirləşdiyini bilirik. Özümüzdən başqa. Özümüzü bir fincan qəhvəyə qonaq edib, özümüzlə söhbət edib, özümüzlə tanış olmaq heç vaxt ağlımıza gəlməz. Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyiç, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan. Bir stop elə. “Axı niyə?” deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda “Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğranda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq... Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq.
Reklam
Biz insanlar öz gözümüzdə şalbanı qoyub başqasının gözündə çöp axtarmağa öyrəncəliyik.
873 öğeden 971 ile 873 arasındakiler gösteriliyor.