Adından da məlum olduğu kimi kitab yaradıcı düşüncənin inkşaf etdirilməsi üstünə yazılıb. Oxuyarkən çox həvəsləndirir, ancaq şəxsi inkişaf kitablarındakı kimi altı boş həvəslər deyil. Kitab bizə yaradıcı olmağı, hadisələrə fərqli baxmağı, səhvin içində doğrunu görməyi tanınmış, yaradıcılığı dünya tərəfindən təsdiq tapmış insanların həyatları üstündən öyrədir. Kitab təkcə yaradıcılığı inkişaf etdirməyə deyil, insana özünü tapmağa, nə istədiyini anlamağa da kömək edir. Belə desək həyata daha böyük pəncərədən baxmağa fürsət yaradır. Kitabın sonunda oxuculara bəzi tapşırıqlar da verilib. Hansı ki, həm yaradıcılığı inkişaf etdirməyə, həm də özünü daha yaxından tanımağa, potensialını öyrənməyə kömək edəcək tapşırıqlar.