Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yaşamaq Yanğısı

Irving Stone
Bir sıra maraqlı tarixi-bicıqrafik, eserlər müəllifi, tanınmış Amerika yazıçısı İrvinq Stoun un “Yaşamaq yanğısı" sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olan dahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur. Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla İnandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi ve psixoloji seciyyə daşıyır. Oxucuya təqdim olunan “Yaşamaq yanğısı” povestinin müəllifi, Amerikanın məşhur publisisti və yazıçısı İrvİnq Stoun 1903-cü ildə San-Fransiskoda doğulmuşdur. Kaliforniya universitetini qurtardıqdan sonra müəllimlik etmiş, gəmilərdə stuard olmuş, teatrlarda inzibati işlərdə çalışmışdır. Ədəbi yaradıcılığa isə gənc yaşlarından başlamışdır. Kiçik hekayələr, detektiv rəvayətlər yazmış, çap olunmamış, ancaq Qrinviçdə “Çeni Leyn” teatrında cəmi altı həftə göstərilmiş “Tutqun güzgü” adlı bir pyes də yaratmışdır, Sonralar bir sıra tarixi-bioqrafik əsərlər - Amerika fəhlə hərəkatı xadimləri Yucin Debs, Cek London haqqında, Cessİ Fremont, dahi rəssam Mikclancelo haqqında roman və povestlor, bir sıra başqa əsərlər yazmışdır. Beləliklə, İrvinq Stoun otuzuncuqırxıncı illərin Amerika ədəbiyyatına onun demokratik yaradıcılarından biri kimi daxil olmuşdur. İ.Stouna dünya şöhrətini ilk böyük əsəri olan “Yaşamaq yanğısı” povesti gətirmişdir. Bu povesti yazmaq istoyi İrvinq Stounda otuzuncu illərin əvvəlində, Nyu-Yorkda keçirilmiş Van Qoq əsərlərinin sərgisinə baxarkən doğmuşdur. Həmin sərgi Van Qoqun Avropa və Amerika tesviri sənətində iyirminci əsrin əvvəllərindən başlayıb indiyədək davam edən “apostol” yolu ilə səciyyələnirdi. Yazıçı bu sərgiyə baxıb orada göstərilən tablolardan riqqətə gələrək, demək olar, səfil həyat sürmüş, sağlığında əhatəsində olatı bir neçə həmkar tərəfindən tanınmış və çəkdiyi yüzlərlə rəsm eserindən ancaq bircəciyini satdıra bilmiş, Ömrünü faciə ile başa vurmuş, yalnız ölümündən sonra dünyanın ölməz sənətkarları ilə bir sırada tutulan dahi rəngkar haqqında getıiş oxucu kütləsinə danışmaq istəmişdir. İrvinq Stoun tarixi-bioqrafik mövzulardan bəhs edən sənətkarlardan yaradıcılıqda sənədlərə və tarixiliyə sadiq qalmağı, hadisələrin şərhində və təsvirində özbaşınalığa yol verməməyi, macəraçılığa əl atmamağı tələb edirdi. O deyirdi ki, bioqrafik roman və ya povest tam obyektiv olmalıdır. Yazıçının yazdığı dövrün ruhuna nüfuz etməsi, ədəbiyyatını öyrənməsi, arxiv sənədlərini tədqiq etməsi hələ azdır, kifayət deyildir. Yazıçı-bioqraföz qəhrəmanlarının yaşadığı və yaratdığı mühiti bilməli, onların olduğu yerlərdə olmalı, şəhərləri və kəndləri öz gözləri ilə görməli, qəhrəmanın qızındığı günəşin altında qızınmalı, gəzdiyi torpaqda gəzməli, onun nəfes aldığı hava ile nəfəs almalıdır.
Yazar:
Irving Stone
Irving Stone
Çevirmen:
Fərhad Qəmbəroğlu
Fərhad Qəmbəroğlu
Tahmini Okuma Süresi: 13 sa. 19 dk.Sayfa Sayısı: 470Basım Tarihi: 2017İlk Yayın Tarihi: 1934Yayınevi: Kitab Klubu NəşriyyatıOrijinal Adı: Lust for life
ISBN: 9789952824537Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
470 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Yaşamaq yanğısı", oxuduğum hər sətirlə gözləntimin bir pillə daha üstünə çıxmağı bacaran bir əsər.. Bir insanın həyat yolu, bəlkə də, ancaq bu qədər mükəmməl, dolğun, bənzərsiz bir şəkildə təsvir oluna bilərdi. Cümləbəcümlə irəlilədikcə Vinsentin hisslərinə şərik olmağı bacarmaq, daxili əzablarını, düşüncə dənizində çırpınışlarını, ən sonda isə dalğaların ağuşuna təslim olmasını ürək ağrısı ilə hiss etmək üçün o qədər incə, o qədər ustalıqla işlənmiş məqamlar var ki.. Yazıçının əsəri ərsəyə gətirməkdə ortaya qoyduğu əməyinin, Vinsentin tabloları üzərindəki əməyi ilə müqayisə edilə biləcək səviyyədə olduğunu düşünürəm. Vinsentin fırçası gördüklərini necə dolğun və canlı çəkməyi bacarırdısa, yazıçının qələmi də hər şeyi ən az o qədər canlı, ifadəli, təsirli təsvir eləməyi bacarmışdı.. Bənzətmələr o qədər çox və uğurlu idi ki, oxuduqlarım ən az Vinsentin yağlı boyasının kətan üzərində yayılması kimi, yağ kimi ürəyimə yayılırdı.. Bir tablonun necə, hansı şəraitdə əsasının qoyulduğunu, nəzərəçarpan hər detalının sözlü təsvirini oxuduqdan sonra, həmin əsərin ustadın tək fırçalar və rənglərlə deyil, həmçinin, əllərinin qəlbindən qopub gələn bir güclə incə və ya sərt bir hərəkətilə ortaya çıxardığı o valehedici görüntüsünü tapıb, incələyib, tamaşa etməyin verdiyi zövq əvəzolunmaz idi. Sonda, bunu deməsəm ona haqsızlıq edəcəyimi düşündüyüm üçün: Teo, sən onun başına gəlmiş ən gözəl şeysən.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
Reklam
470 syf.
8/10 puan verdi
·
Beğendi
Məşhur rəssam Vinsent Van Qoqun keşməkeşli həyatından,bənzərsiz yaradıcılığından bəhs edən bir əsərdir.Rəssamın bütün işləri görməyə çalışması amma nəticə əldə edə bilməməsi ürək yanğısı ilə qeyd edilməlidir .
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
470 syf.
7/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
möhtəşəm
Başlıq: Yaşamaq yanğısı Yazar: İrving Stoun Səhifə: 476 Janr: Bioqrafiya,povest
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
470 syf.
9/10 puan verdi
·
Beğendi
İnsan ömrü 'niyə'lərlə başlamalı və 'mən bu dünyada hara aidəm'lərlə davam etməlidir. Vincent Van Gogh, kimilərinə görə həyatına istiqamət tapa bilməyən, kimilərinə görə pis bir övlad, kimilərinə görə isə zaman israfı olaraq tanınıla bilər. Lakin çox insandan fərqli olaraq onun bir məqsədi var idi. Həyatı bahasına reallaşsa belə. Vincent, nə insanların qəlblərindəki kədərin rəngini, nə çiyinlərindəki maddi mənəvi yükün rəngini, nə də cari dünyada tüğyan edən əzabların rəngini sevdi. Vincent sadəcə sarını sevdi, günəşi sevdi, günəbaxanları sevdi, sevgisini bizlərə çatdırmağı sevdi. Amma, təəssüf ki, dövrünün insanları onu sevə bilmədi. Teo xaric olmaqla. 'Overin qızmar günəşi buğda zəmilərinin arasında güclə seçilən qəbristanlığı yandırıb-yaxanda, Teo Vincentin gur günəbaxanlarının sərin kölgəsində sakitcə uyuyurdu.'
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
Reklam
470 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
VAN QOQ
Kitabı bitirdiyim üçün çox üzgünəm. İstəməzdim bitsin. Bunu bioqrafik əsər sevəndə ,sevməyən də bu sözü deyə bilər. İstəyərəm ki,hər kəs bu kitabı oxusun. Şriftin balaca və kitabın iri olmasına baxmayaraq çox axıcı kitab idi. Səni heç vax unutmayacam Dahi Rəssam ,Van Qoq:( Sabir Qafarlı demiş,bir xatirə qaldı səndən Ümumi fikirlərimi ayın 30u paylaşacam. Xoş mütaliələr hər kəsə. Kitabla qalın:)
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
470 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
2 dəfə səhifə 150-ə gəlib dərslər səbəbilə yarımçıq qalmışdı, 3-cüdə isə bitirdim, ancaq mütləq yenə oxuyacağam, nə qədər oxunsa da doyulmaz bir kitabdır. Möhtəşəm həyat və möhtəşəm ifadə tərzi, yazıçının əllərinə sağlıq.
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017326 okunma
453 syf.
10/10 puan verdi
·
29 günde okudu
Vinsent. Kalbime çok dokunan bir ressam. Resimleri ayrı bir güzel ama kendi yolundan hiç dönmeyişi var ya gerçekden valeh ediyor beni. Ne kadar zorluklar çekdi. Yeri geldi aç kaldı, yeri geldi bir şehirden öbür şehre yürüyerek, ayakları kanlar içinde kalarak gitti. Azmine hayran kaldım sevgili Vinsent. Hayatının tamamını bilemem tabi ama önemli bir kısmını okudum. Ünlü bir ressam olmayı gerçekden hakediyorsun.
Yaşama Tutkusu
Yaşama TutkusuIrving Stone · Cümle Yayınları · 2015326 okunma
456 syf.
10/10 puan verdi
·
15 günde okudu
"Sən yer üzündə olmayanda, Vinsent, dünya sənin nə demək istədiyini başa düşüb anlayacaq." Necədə düzgün vurğulanmışdır bu söz. Ah Əziz Vinsent kaş vaxtında sənin və əsərlərinin daxilində yatan füsunkarlığı görə bilsəydi insanlar,onda yaşamının ən gənc çağlarında həyata göz yummaz, geriyə daha çox sənət nümunələr buraxardın. Bəlkə
Yaşamaq Yanğısı
Yaşamaq YanğısıIrving Stone · Avrasiya Press · 2006326 okunma
Reklam
678 syf.
9/10 puan verdi
·
160 günde okudu
İrving Stone’un, Vincent Van Gogh’un hayatını ve eserlerini anlattığı biyografik romanı Yaşama Tutkusu, 678 sayfalık cüssesine rağmen mutlaka okunması gereken bir kitap. Ben bu kitaptan çok şey öğrendim. Yazar kitabı 1934 yılında yazmış ve romanda adı geçen kişilerden birçoğu ile birebir görüşerek bilgi almış. Ayrıca Vincent Van Gogh’un kardeşi
Yaşama Tutkusu
Yaşama TutkusuIrving Stone · Cümle Yayınları · 2015326 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.