Kitab tibb sahəsində oxuyanların,çalıṣanların zövqünə daha çox uyğundur,terminlərin olması kitabı bu sahənin adamlarının daha çox başa düşəcəyi tərzdə edir.Ümumən çox maraqlıdır,ən əsası real hadisələrdən götürülməsi onu daha maraqlı edir.Neyrocərrahiyənin dərinlikləri,incəlikləri,parlaq və qaranlıq tərəfləri göstərilir,amma təəssüf ki,daha çox qaranlıq,kədərli məqamlara rast gəlmək olur. Müəllif öz həyat hekayəsinə də yer verərək,bir həkimin gündəlik həyatından danışır,öz başına gələnləri və yaşadığı hissləri acısı ilə,şirini ilə,ən əsası gerçəkliklərlə təqdim edir.Tibb sahəsinə həvəsi olan və ya neyrocərrahiyəni seçmək istəyənlər bir daha yaxşı düşünmək və qərar vermək istəyirsə ,bu kitabı oxumalıdır məncə.Çünki ,hətta bu sahəni seçənlər belə kitabı oxuduqdan sonra seçdiyi peşənin məsuliyyətini dĕrk edəcək və öncədən hər şeyə hazırlanmış olacaq,hətta bëziləri,mən deyərdim,bu kitabdan sonra qərarını dəyişər ya da yarı buraxar...Xoş mütailələr!