A haylı-haraylı dönməz gəncliyim!
Verdiyin nəşəyə, ləzzətə görə,
Şirin əzablara, möhnətə görə
O çılğın həyata, o küyə görə
Təşəkkür edirəm sənə ürəkdən.
Qəlbin həyəcanlı çağlarında da,
Könlün xətircəmli vaxtlarında da
Sizdən yetərincə zövq almışam mən.
Bəsimdi!