İnsan ən çox həsrətində qaldığı şeyi sevir. Bir gün ona əli çatsa adiləşəcək, bir ay sevincdən uçub sonra heç istəmirmiş kimi laqeydləşməyə başlayacaq. İlk dəfə onu həyəcanlandıran mahnı kimi yanaşacaq bir müddət sonra. Dinləməsi ürək bulandıracaq. Əzbərlədiyi sözləri növbəti dəfə təkrar etmək onu bezdirəcək və mahnını unutmağa çalışacaq. Həsrət bitdiyi an hər şey bitəcək, çünki istədiyi şeyə qarşı olan tək duyğu onu əldə edə bilməməyin həsrəti idi. Ona görə bəzi şeylər əl çatmadığı halda gözəldir. Bəzən bəzi şeylərə əl çatmamalıdır ki həmin dəyərdə qalsın. Çünki bəzi şeylər o dəyərə layiqdir. Necə ki, Dostoyevski deyib "Əmin olun ki, Kolumb Amerikanı kəşf etdikdə xoşbəxt olmadı. O Amerikanı axtararkən xoşbəxt idi..."