İnsan ve Tabiat

168 syf.
7/10 puan verdi
·
Beğendi
Hər şey başqa birşeyin yemidir!
Spoil Yaşlı bir qocanın yaşam boyu bir məqsədlə usanmadan verdiyi əməklərin nəticəsini əks etdirir bu kitab... Kitabda qoca illər yaşamış balıqçılıqla məşğul olmuş və sonunda toruna istədiyi o böyük balıq düşmüşdür. Amma həyat elə bir vəziyyətə çıxarır ki, qoca da anlayır bu dünya hər şey başqa birşeyin yemidir və bu hadisənin üzərində kitab davam edir... Xoş oxumalar...
Qoca və Dəniz
Qoca və DənizErnest Hemingway · Parlaq İmzalar Nəşriyyatı · 201932,3bin okunma
416 syf.
8/10 puan verdi
·
12 günde okudu
Həyat mübarizəsi
...Spoil... Marsa gedən bir qrupdan olan Mark Watneyin orada qalması və onun bu dünyaya, yəni Yer kürəsinə qayıtması üçün verdiyi mübarizəni oxumuş oluruq. Bioloq olan Mark müxtəlif həyati yolları özü üçün yaratması, insanın çətinliyə düşdüyü anlarda özü - özünə çarə tapmasını göstərir... Xoş oxumalar•
Marslı
MarslıAndy Weir · İthaki Yayınları · 20228,7bin okunma
Reklam
320 syf.
8/10 puan verdi
·
16 günde okudu
Oxuyun bu kitabı mütləq oxuyun
Spoil ola bilər! Bu kitab qədər motivasiya verəcək kitab varmı? Yəqin ki, yoxdur Kitab başdan ayağa demək olar ki, motivasiya verirdi Allahım... Bu kitabda 7dən 70ə qədər hərkəsin oxuyub nəsə qazanacağı bir kitabdır deyə düşünürəm. Kitabda ailəsini itirmiş bir qızın dayısının yanına köçməsi və orada kibirli, əsəbi biri olduğu halda sakit bir qıza dönməsi, getdiyi yerin təbiətinin ona təsirindən bəhs edir. Və o özü bu təsir nəticəsində düzəlməklə qalmamış dayısı oğlunu da sağaltmağa çalışırdı, bəs görəsən sağaltdımı ??? Bəs onların sirli bağı o necə oldu??? Sirli bağın həqiqətən sehrli idimi??? Həyatla qarşılıqlı əlaqə nəticəsində olan bir kitabın insanı belə cəlb etməsi, verdiyi rahatlıq çox möhtəşəm idi... Nə deyim ki, xoş oxumalar
Sirli Bağ
Sirli BağFrances Hodgson Burnett · Qanun Nəşriyyatı · 20187,6bin okunma
208 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Vəhşiliyə son!!!
Diikkat spoil var!!! Bildiyimiz kimi Anna Syuel əsasən təmsil xarakterli əsərlər yazan yazıçı hesab olunur. Yazdığı bir çox əsərlərdə heyvanların dilindən günümüzdə baş verən vəhşilikləri qələmə alan yazıçı, həm insanların, həm də heyvanların və ya digərlərinin canlı olduğunu qeydə alır. Heyvandır deyib əzmək, əziyyət verməyin onların aləmində necə vəhşilik olduğunu qeyd edir. Kitabda qeyd olunan Qara Köhlənin hekayəsi insanların qarşısındakılara nə etsə əvəzini görəcəyi fikrini aşılayır. Qara Köhlən özü çox sakit və alicənab cinsdən olan at hesab edilir.Və bu at özünün gəncliyindən qocalığına qədər olan münasibəti nəql edir... Canlı aləmin qarşılıqlı şəklində mübadilə ilə yaşamasını qeyd edən yazıçı bu əsər nəticəsində 7-dən 70-ə qədər kitabı tövsiyə edir...
Qara köhlən
Qara köhlənAnna Sewell · 3 alma · 20158,8bin okunma