Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Profil
Bunu deyən heç kəs yoxdu indi yanımda
Gönderi kullanım dışı
İnsan ən ehtiyacı olan anda ən güvəndikləri tərəfindən tərk ediləndə artıq digər insanları da həmişə yanında istəməz, çünki bir nəfərə daha hər şeyilə güvənmək özünə, öz yaşadıqlarına xəyanət kimi gələr.. Əvvəllər bunun acı verəcəyini düşünərdim, kiminsə ətrafında qalıcı olmadığını düşünərək yaşamağın. Düşünərdin ki, bu sadəcə komfort zonadı, insanlarla əlaqəni kəsmək.. elə deyilmiş, çünki yaşananlardan dərs alsaq öz səhvimizi görsək, gedənlərin yeri əvvəlkindən daha yaxşıları ilə dolurmuş (daha yaxşı dedim, çünki biz daha yaxşı versiyamız olduqca özümüzə uyğun insanları çəkərik həyatımıza). Həyatım bir kitabdır, baş rolda özüməm, digər hamı gəlib keçici xarakterlərdir. Özümün baş rol olduğumu unutmadığım müddətcə kimin qalıb kimin getməsi önəmli deyil. Yalnız olmaq mənə uyğun olmayan insanlarla olmaqdan daha keyfiyyətlidir. Özünüzdən vaz keçməyin <3
Reklam
287 syf.
10/10 puan verdi
·
21 saatte okudu
Hər kəsə salam. İlk əvvəl bunu deyə bilərəm ki, gənc yazıçılara qarşı olan antipatiyamı məhv etmək istəyirəm. Çünki bu əsəri oxuyaraq bunu təsdiqləmiş oldum. Yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq çox ustalıqla yazılmış əsərdir. Günümüzdə aktual olan məsələlərə toxunulub, məktəb,işinə laqeyd yanaşan dövlət məmurları, hər bir kəsin həyatından əskik olmayan dost xəyanəti... Kitabın dili o qədər səlis,axıcıdır ki, insan oxuduqca oxumaq istəyir. Tək səbəb bu da deyil, həmçinin əsərin maraqlı olması insanı özünə cəlb edir. Bəzi yerlərində nəfəsimi tutaraq oxudum, hətta bəzi yerlərində kövrəlib ağladım da... Düzünü desəm şübhələndiyim insan çıxmadı, amma sonda etdiyi ilə məni yanıltmadı,o da deyəsən bu işin içində imiş( spoiler vermədən yazmaq istəyirəm)). İlk qələm təcrübəsi olmasına baxmayaraq əsəri belə ustalıqla yazdığına görə
Nəimi
Nəimi
'ni təbrik edir,yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm .Əsərdə orfoqrafik və durğu işarələrində səhvliklər olsa da, olası şeylərdir ,təbii ki, bunlar. Sözüm sizədir, əziz oxucular, heç kimə güvənməyin. Ən böyük zərbələri güvəndiklərimizdən almadıqmı!? Nəysə, incələməmi burda yekunlaşdırmaq istəyirəm, sevgiylə və kitabla qalın...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
İblisdən daha təhlükəlidi insan cildindəki şeytanlar.