Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İpek Hasanzade

İpek Hasanzade
@littleteacher
Ögretmen
Azerbaycan dili ve edebiyyatı
Azerbaycan
2000
49 okur puanı
Ocak 2023 tarihinde katıldı
63 syf.
·
Puan vermedi
·
Beğendi
Gulliver's travels (Stage 2 / A2 ) Qulliverin səyahəti /Conatan Svift Əsərin qəhrəmanı Qulliver gəmidə cərrah olaraq işləyir .Bir gün gəmidə qəza yaşanır ,gəmi batır .Quliver sağ qalıb torpağa ayaq basır .Ayaq basdığı torpaq Liliputlar ölkəsi olur .Burda o nəhəng kimi tanınır .Bu adadan ayrıldıqdan sonra Nəhənglər ölkəsinə gəlir ,bu dəfə Liliput Quliver olur .Üçüncü səyahəti Barnibaldi adasına olur .Burdan da ayrıldıqdan mehriban atların ölkəsinə gəlir . Beləliklə ,Quliverin 4 maraqlı və təəccüb doğurdan səyahətləri olur .Quliver hər səfərində fantastik dünyaların şahidi olur ,ağlasığmaz macəralar yaşayır . (Əsəri Azərbaycan dilində oxumuşdum ,ingiliscə də oxumaq xoş oldu ) Dili asan və oxunaqlı idi ️ İngiliscə oxuduğum level kitablarına birini də əlavə etmiş oldum
Jonathan Swift
Jonathan Swift
Gulliver’s Travels
Gulliver’s TravelsJonathan Swift · Mk Publications · 20187,2bin okunma
Reklam
Sadəcə yanlış olduğunu bildiyi üçün mənasız yaxud pis bir hərəkəti təkrarlamayan insan tapılarmı ? Şüurumuza və məntimizə rəğmən ,qəbul edilən qanunların ziddinə getmək istəmirikmi ?!
Sayfa 25 - Edqar Allan Po " Qara pişik " hekayəsindənKitabı okudu
Axı xudbinlikdən tamamilə uzaq və heç bir mənfəət güdməyən heyvanın sevgisi ilə insanın heç də sağlam təməllərə söykənməyən yoldaşlığı ilə bir-birindən olduqca fərqlidir
Edqar Allan Po "Qara pişik "Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Həqiqi eşq necə də ehtişamlıdır !O,zümrüddən ,misilsiz opal daşından daha dəyərlidir .Mirvarilər belə onu əvəz edə bilməz.Bazarda axtarsan ,tapmazsan .O nə tacirlərdən alına ,nə də tərəzidə qızılla ölçülə bilər .
Sayfa 6 - Oskar Uayld "Bülbül və qızılgül " hekayəsindənKitabı okudu
Özümüzü haqlı çıxarmaq üçün bir şey uydura bilmədiyimiz vaxtlarda atalar sözləri adamın dadına çatır .
Sayfa 120 - A.Puşkin "Fırtına " hekayəsindənKitabı okudu
Reklam
420 syf.
·
Puan vermedi
Bu romanı oxuyarkən göz yaşlarına hakim olmaq çətin bir məsələdir ... Əsərdə Məsumə adlı bir qızın taleyi təsvir olunur .Ailəsinin törətdiyi çətinliklər ,Səidə olan nakam sevgisi təhsilini atmasına səbəb olur . Həmid adlı biri ilə məcburi evləndirilir ,bu evlilikdən də 2 oğlu ---Səyavuş və Məsud və Şirin adlı bir qızı dünyaya gəlir .Xüsusilə ,əsərdə İranda siyasi ideologiyaların çarpışdığı bir dövr nəzərə çarpır . Siyasi ideologiyaların toqquşması bir çox ailələr kimi Məsumənin ailəsinə də ağır zərbə vurur .Məsumənin ailəsi qızlarına yetərincə nəvaziş göstərmir :bacısı Zəri məsulliyyətsizlik ucbatından ölür ,bunu da nənəsi Allahın yazdığı tale hesab edib öz günahını boynuna almır ,Məsumə qardaşları Əhməd ,Əli ,dindar qardaşı Mahmud tərəfindən çox təzyiqə məruz qalır ,kiçik bacısı Fatiməyə isə heç kim nəzər yetirmir .Bir sözlə ailə qız övladlarına xor baxır ,onları yalnız ailə həyatına hazırlaşdırır .Həyat bir məktəbdir .Bu məhdudiyyətləri yaşayan Məsumə də qızı Şirinə qarşı valideynlərinin etdiklərini etmir . Əsərdə bir qadın üçün təhsilin nə qədər önəmli olduğunun bir daha şahidi olacaqsız .Qısa müddətdə bitiriləcək ,göz yaşları ilə oxunulacaq əsərdir .Və niyə əsərin "Mənim payım "adlandığını da sonda öyrənəcəksiz.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,563 okunma
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir ,bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir "
Lev TolstoyKitabı okudu
264 syf.
·
Puan vermedi
Hamımıza məktəb vaxtından "Göz yaşı romanı "ndan Bahar obrazı tanışdır ,həmçinin "İtə ataram , yada satmaram "ın qəhrəmanı Sona ... Bu oxuduğumuz əsərlər "Bir gəncin manifesti " romanın hissələrindən biridir .Hər hissənin əvvəlində müəllif müxtəlif dahilərdən epiqraflar gətirmişdir . Bir gəncin manifesti
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019240 okunma
Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı.
İyi bir adam olun, talihsizliklere dayanın, fakirliğin günah olmadığını unutmayın. Aslına bakarsanız ümitsizliğe kapılacak ne var ? Hepsi geçici ! Tanrının izniyle her şey düzelecek.
Reklam
272 syf.
·
Puan vermedi
Romana başlamaq çətin idi .Çünki , ilk olaraq ,yazıçının bir hadisədən digər tamam başqa bir hadisəyə ani keçidi əsəri başa düşməyimə çətinlik yaradırdı .Ancaq bir qədər oxuduqdan sonra nə baş verdiyini anladım və bu roman oxuduğum ən yaxşı əsərlər sırasına daxil oldu . Əsərdə demək olar ki ,zaman ,məkan sərhədi yoxdur .Romanda müxtəlif dövrlər arasında əlaqə yaradılır və bu əsərdə təsvir olunan hər tarixi zamanda dövrün ziyalıları ,şairləri məhv edilir . Bu insanların faicəsi ,çətin ömür yolu romanın əsas mövzusudur . "Qətl günü " romanı Yusif Səmədoğlu yaradıcılığının zirvəsi sayılmaqla bərabər Azərbaycan nəsrinin də yeni mərhələsi hesab olunur .
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014109 okunma
175 syf.
·
Puan vermedi
" İnsancıqlar " (1846) əsəri F.M.Dostoyevskinin ilk romanıdır .Romanın mövzusu yoxsul insanların acınacaqlı vəziyyəti ,onlara mənfi ,həqir münasibət və bu münasibətin yoxsul insanlarda yaratdığı ruhi vəziyyətdir . Bu fikirlər ixtiyar Makar Alekseyeviçin kiçik qız Varenka ilə məktublaşmasında təsvir edilib. Roman yazılandan sonra Dostoyevskinin bir dostu romanı Nekrasovun yanına aparır. Roman Belinskiyə də təqdim edilir .Belinski romanı ,Dostoyevskinin istedadını yüksək qiymətləndirir. İlk romanın uğur qazanması Dostoyevskiyi məşhurlaşdırır
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202362,4bin okunma
76 syf.
·
Puan vermedi
·
1 saatte okudu
" İnsanın taleyi " əsərində Sokolovun taleyində müharibənin fəlakətə uğratdığı ,lakin yaşamaqdan hələ də imtina etməyən əzmli insanların taleyi ümumiləşmişdir .Müharibə böyük bir fəlakətdir : məğlub olan da onun dəhşət payından götürür , qalib gələn də .. Sokolov İkinci Dünya müharibəsi zamanı savaşa yollanır ,yaralanır ,əsir düşür .Müharibədə olarkən almanlar təyyarə zavodunu bombalayır ,bir bomba da onun evinə düşür : həyat yoldaşı İrina və 2 qızı həlak olur . Həyata tutunmağa çalışan Sokolov ata və anasını itirmiş Vanya adlı balaca ilə tanış olur , balaca Sokolovun atası olduğuna inanır .Vanya da kiçik yaşda olmasına baxmayaraq bir ömür yaşamış  " qoca " kimi idi .Hər ikisini müharibə sevdiklərindən ayırmışdı ,lakin bu iki  fərqli insanın taleyini də müharibə birləşdirmişdi.Sokolov  müharibədən zərər çəkmiş  bütün insanların taleyini əks etdirirdi .Sokolov həyatından şikayətlənmirdi ,o sevdiklərini müqəddəs bir amal üçün — vətən torpağını qorumaqdan  ötrü itirmişdi . Əsərin əvvəlində balaca Vanyaya "qoca " deyə müraciət olunur . Bu da səbəbsiz deyildi .Müharibə nəinki böyüklərin ,balacaların ruhunda belə sarsıdıcı izlər buraxmışdı Amma bütün bunlara görə insan yaşamaqdan əl çəkməlidimi ? Sokolov bütün gücü ilə bunu "yox " deyir . Yazıçı Sokolov obrazı ilə bütün yaşanan dəhşətlərə baxmayaraq  "həyat davam edir  " fikrini oxucularına aşılamağı bacarır
İnsanın Yazgısı
İnsanın YazgısıMihail Şolohov · Alan Yayıncılık · 1987109 okunma
224 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.