Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İpek Hasanzade

İpek Hasanzade
@littleteacher
Ögretmen
Azerbaycan dili ve edebiyyatı
Azerbaycan
2000
49 okur puanı
Ocak 2023 tarihinde katıldı
·
Puan vermedi
Babalar ve Oğullar
Roman 1862-c ildə yazılıb .Əsərdəki hadisələr 1859-cu ildən bu yana cərəyan edir .Ədib Bazarov obrazında həmin dövrlərdə yeni meydana çıxan ,inkarçı insanların qəti ,sərt nümayəndəsini təsvir edir .Allaha inanmayan ,insanı sadəcə materiyadan ibarət hesab edən Bazarov hətta məhəbbəti də inkar edir .Özünün Anna Sergeyevnaya olan sevgisini inkar etməyə çalışsa da görünür ki ,duyğularını tam olaraq inkar edə bilmir ,hətta ölüm anında da Annanın yanında olmasını istəyir .Lakin yenə də o dediyindən əl çəkmir ,Annaya olan məhəbbətinin bir forma olduğunu söyləyir ,necə birazdan ölüm onu haqlaylb onun formasını dağıdacaqsa məhəbbəti də belə yox olacaq .Bazarov heç bir müqəddəs anlayış tanımırdı ,hər şeyi inkar edirdi .Ona görə də insanlarla olan münasibətində əxlaq qaydalarına əməl etmirdi . Turgenev bu əsərdə Bazarov simasında nihilizm fəlsəfəsini təsvir edir .Bununla bərabər o əsərdə kənd həyatına toxunmuş ,Marino kəndində ağa-kəndli münasibətlərini təsvir etmişdir .
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,9bin okunma
Reklam
63 syf.
·
Puan vermedi
·
Beğendi
Gulliver's travels (Stage 2 / A2 ) Qulliverin səyahəti /Conatan Svift Əsərin qəhrəmanı Qulliver gəmidə cərrah olaraq işləyir .Bir gün gəmidə qəza yaşanır ,gəmi batır .Quliver sağ qalıb torpağa ayaq basır .Ayaq basdığı torpaq Liliputlar ölkəsi olur .Burda o nəhəng kimi tanınır .Bu adadan ayrıldıqdan sonra Nəhənglər ölkəsinə gəlir ,bu dəfə Liliput Quliver olur .Üçüncü səyahəti Barnibaldi adasına olur .Burdan da ayrıldıqdan mehriban atların ölkəsinə gəlir . Beləliklə ,Quliverin 4 maraqlı və təəccüb doğurdan səyahətləri olur .Quliver hər səfərində fantastik dünyaların şahidi olur ,ağlasığmaz macəralar yaşayır . (Əsəri Azərbaycan dilində oxumuşdum ,ingiliscə də oxumaq xoş oldu ) Dili asan və oxunaqlı idi ️ İngiliscə oxuduğum level kitablarına birini də əlavə etmiş oldum
Jonathan Swift
Jonathan Swift
Gulliver’s Travels
Gulliver’s TravelsJonathan Swift · Mk Publications · 20187,2bin okunma
420 syf.
·
Puan vermedi
Bu romanı oxuyarkən göz yaşlarına hakim olmaq çətin bir məsələdir ... Əsərdə Məsumə adlı bir qızın taleyi təsvir olunur .Ailəsinin törətdiyi çətinliklər ,Səidə olan nakam sevgisi təhsilini atmasına səbəb olur . Həmid adlı biri ilə məcburi evləndirilir ,bu evlilikdən də 2 oğlu ---Səyavuş və Məsud və Şirin adlı bir qızı dünyaya gəlir .Xüsusilə ,əsərdə İranda siyasi ideologiyaların çarpışdığı bir dövr nəzərə çarpır . Siyasi ideologiyaların toqquşması bir çox ailələr kimi Məsumənin ailəsinə də ağır zərbə vurur .Məsumənin ailəsi qızlarına yetərincə nəvaziş göstərmir :bacısı Zəri məsulliyyətsizlik ucbatından ölür ,bunu da nənəsi Allahın yazdığı tale hesab edib öz günahını boynuna almır ,Məsumə qardaşları Əhməd ,Əli ,dindar qardaşı Mahmud tərəfindən çox təzyiqə məruz qalır ,kiçik bacısı Fatiməyə isə heç kim nəzər yetirmir .Bir sözlə ailə qız övladlarına xor baxır ,onları yalnız ailə həyatına hazırlaşdırır .Həyat bir məktəbdir .Bu məhdudiyyətləri yaşayan Məsumə də qızı Şirinə qarşı valideynlərinin etdiklərini etmir . Əsərdə bir qadın üçün təhsilin nə qədər önəmli olduğunun bir daha şahidi olacaqsız .Qısa müddətdə bitiriləcək ,göz yaşları ilə oxunulacaq əsərdir .Və niyə əsərin "Mənim payım "adlandığını da sonda öyrənəcəksiz.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,563 okunma

Okur Takip Önerileri

Tümünü Gör
264 syf.
·
Puan vermedi
Hamımıza məktəb vaxtından "Göz yaşı romanı "ndan Bahar obrazı tanışdır ,həmçinin "İtə ataram , yada satmaram "ın qəhrəmanı Sona ... Bu oxuduğumuz əsərlər "Bir gəncin manifesti " romanın hissələrindən biridir .Hər hissənin əvvəlində müəllif müxtəlif dahilərdən epiqraflar gətirmişdir . Bir gəncin manifesti
Bir Gəncin Manifesti
Bir Gəncin ManifestiMir Celal · Bakı Kitab Klubu · 2019240 okunma
272 syf.
·
Puan vermedi
Romana başlamaq çətin idi .Çünki , ilk olaraq ,yazıçının bir hadisədən digər tamam başqa bir hadisəyə ani keçidi əsəri başa düşməyimə çətinlik yaradırdı .Ancaq bir qədər oxuduqdan sonra nə baş verdiyini anladım və bu roman oxuduğum ən yaxşı əsərlər sırasına daxil oldu . Əsərdə demək olar ki ,zaman ,məkan sərhədi yoxdur .Romanda müxtəlif dövrlər arasında əlaqə yaradılır və bu əsərdə təsvir olunan hər tarixi zamanda dövrün ziyalıları ,şairləri məhv edilir . Bu insanların faicəsi ,çətin ömür yolu romanın əsas mövzusudur . "Qətl günü " romanı Yusif Səmədoğlu yaradıcılığının zirvəsi sayılmaqla bərabər Azərbaycan nəsrinin də yeni mərhələsi hesab olunur .
Qətl Günü
Qətl GünüYusif Səmədoğlu · Qanun Nəşriyyatı · 2014109 okunma
Reklam
175 syf.
·
Puan vermedi
" İnsancıqlar " (1846) əsəri F.M.Dostoyevskinin ilk romanıdır .Romanın mövzusu yoxsul insanların acınacaqlı vəziyyəti ,onlara mənfi ,həqir münasibət və bu münasibətin yoxsul insanlarda yaratdığı ruhi vəziyyətdir . Bu fikirlər ixtiyar Makar Alekseyeviçin kiçik qız Varenka ilə məktublaşmasında təsvir edilib. Roman yazılandan sonra Dostoyevskinin bir dostu romanı Nekrasovun yanına aparır. Roman Belinskiyə də təqdim edilir .Belinski romanı ,Dostoyevskinin istedadını yüksək qiymətləndirir. İlk romanın uğur qazanması Dostoyevskiyi məşhurlaşdırır
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202362,4bin okunma
76 syf.
·
Puan vermedi
·
1 saatte okudu
" İnsanın taleyi " əsərində Sokolovun taleyində müharibənin fəlakətə uğratdığı ,lakin yaşamaqdan hələ də imtina etməyən əzmli insanların taleyi ümumiləşmişdir .Müharibə böyük bir fəlakətdir : məğlub olan da onun dəhşət payından götürür , qalib gələn də .. Sokolov İkinci Dünya müharibəsi zamanı savaşa yollanır ,yaralanır ,əsir düşür .Müharibədə olarkən almanlar təyyarə zavodunu bombalayır ,bir bomba da onun evinə düşür : həyat yoldaşı İrina və 2 qızı həlak olur . Həyata tutunmağa çalışan Sokolov ata və anasını itirmiş Vanya adlı balaca ilə tanış olur , balaca Sokolovun atası olduğuna inanır .Vanya da kiçik yaşda olmasına baxmayaraq bir ömür yaşamış  " qoca " kimi idi .Hər ikisini müharibə sevdiklərindən ayırmışdı ,lakin bu iki  fərqli insanın taleyini də müharibə birləşdirmişdi.Sokolov  müharibədən zərər çəkmiş  bütün insanların taleyini əks etdirirdi .Sokolov həyatından şikayətlənmirdi ,o sevdiklərini müqəddəs bir amal üçün — vətən torpağını qorumaqdan  ötrü itirmişdi . Əsərin əvvəlində balaca Vanyaya "qoca " deyə müraciət olunur . Bu da səbəbsiz deyildi .Müharibə nəinki böyüklərin ,balacaların ruhunda belə sarsıdıcı izlər buraxmışdı Amma bütün bunlara görə insan yaşamaqdan əl çəkməlidimi ? Sokolov bütün gücü ilə bunu "yox " deyir . Yazıçı Sokolov obrazı ilə bütün yaşanan dəhşətlərə baxmayaraq  "həyat davam edir  " fikrini oxucularına aşılamağı bacarır
İnsanın Yazgısı
İnsanın YazgısıMihail Şolohov · Alan Yayıncılık · 1987109 okunma
74 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Vaxt tapdıqca ingilis dilində də kitab oxumağa çalışıram .Bu dəfə "Robin Hood " u oxudum . Rubin Hud məşhur ingilis folklor qəhrəmanıdır . Rubin Hud Şervod meşəsində yaşayıb . O yoxsullara ,köməksizlərə yardım edir. Qaçaq Nəbinin etdiyi kimi Rubin Hud da varlıları soyur və bunun vasitəsilə yoxsullara kömək edirdi . Onun ətrafına bacarıqlı və cəsur ,eyni zamanda dostluqda möhkəm insanlar yığışır .Robin Hudun dəstəsinin böyüməsi və gördükləri işlər Notinqam şərifinin xoşuna gəlmir . Kitabda Robin Hudun Balaca Con və digər dostları və silahdaşları ilə tanışlığı ,Robin Hudun şerifə qarşı mübarizəsi , Robin Hudun əsilzadə Maid Marianla evlənməsi və ölümü əksini tapıb .
Robin Hood : Stage 3 A2
Robin Hood : Stage 3 A2J. Walker McSpadden · MK Publications · 201720 okunma
80 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 saatte okudu
Qoqoldan "Şinel " / "Palto " əsəri
Mir Cəlal deyirdi ki ,biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq .Rus ədəbiyyatında isə Dostoyevski deyib ki ,biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq . Buna görə də "Şinel" əsərini həmişə oxumaq istəmişdim . Bundan öncə Qoqolun " Müfəttiş " əsərini oxuyub çox sevmişdim . "Şinel " əsərində süjet xətti çox sadədir .Bir dəftərxana məmurunun — Akaki Akakiyeviçin şineli geyilə bilinməyəcək dərəcədə köhnəlir .Akakiyeviç bundan çox qəmlənir ,çünki yeni şinel tikdirmək üçün pul lazım idi . Yeni şineli onun sakit və darıxdırıcı həyatına bir az yeni rəng qatır və yenə həmin şinel onun məhvinə səbəb olur . Əslində ,Akaki Akakiyeviçin məhvinə səbəb olan mühit idi .O mühitdir ki , bir məmur maaşı ilə özünə palto belə ala bilmir . Qoqol da bunu əsərində təsvir edir . Əsərin sonu fantastik bitir . Son söz olaraq Vladimir Nobokovun əsərlə bağlı təhlili verilmişdir ki , əsəri oxuyub bitirdikdən sonra onun ideyasını müəyyənləşdirməyə kömək edir . Xoş mütaliələr !
Şinel
ŞinelNikolay Gogol · Parlaq · 037,1bin okunma
79 syf.
·
Puan vermedi
·
13 günde okudu
"Treasure İsland "— "Dəfinələr adası " romanı (Stage A2) Şotlandiyalı yazıçı Robert Louis Stevensonun məşhur macəra romanıdır. Tropik adalar, X işarəli xəzinə xəritələri ilə tək gözü kor, bir əli qancalı, çiynində tutuquşu ilə yaddaşımızda canlandırdığımız dəniz döyüşçüsü anlayışlarına Dəfinələr Adası romanının böyük təsiri olmuşdur. Bu mövzuda yazılan macəra romanları üçün ilham mənbəyi olmuşdur . Gənc oğlan Jim Hawkins'in həyatı bir anda dəyişir .Əllərinə düşən xəzinə xəritəsini götürüb gəmi ilə yola çıxırlar .Gəmidə fikir ayrılıqları ,gizli qruplaşmalar baş verir ki ,nəhayət , bu da savaşa çevrilir .Süjet xətti axıcıdır ,ona görə də ingiliscə də olsa qısa müddətdə bitirmək mümkündür . #Treasureİsland. #RobertLouisStevenson
Treasure Island
Treasure IslandRobert Louis Stevenson · Mk Publications · 20175,8bin okunma
Reklam
128 syf.
·
Puan vermedi
"Qoca və Dəniz "
" Qoca və dəniz " povesti insanın iradəsinin gücünü yansıdan bir əsərdir . Ernest Heminquey bu romanı 1951-ci ildə Kubada yazmışdır .Əsərdə hadisələr Kubanın sahilindən uzaqda baş verir .Nəhəng bir marlin balığı ilə mübarizə aparan qoca balıqçı ac ,susuz olduğu halda belə balığa məğlub olmur . Hər zaman dənizdən əliboş qayıdan qoca Santyaqo ümidsiz düşüncələri özünə yaxın buraxmırdı .Sahilə çatanda qocanın nəhəng marlin balığından geriyə yalnız sümüklər qalsa da onun mübarizəsi əsl cəsarət nümunəsi idi . Adətən uğursuz cəhdlərdə insan geriyə addım atır .Amma yazıçının yaratdığı qoca obrazı isə uğursuzluqlara rəğmən məqsədindən dönməz ,inadkar insanları təsvir edir.
Qoca və Dəniz
Qoca və DənizErnest Hemingway · Altun Kitab · 032,3bin okunma
·
Puan vermedi
Xurşidbanu Natəvan
İlyas Əfəndiyev Xurşidbanu Natəvan əsərində Azərbaycanı çənginə almış bəlaları ,taleyüklü məsələləri ələ almışdır . Xan qızı Xurşidbanu ona qalan bütün var-dövlətini xalqın rifahı yolunda xərcləyir : arx çəkdirir ,öz hesabına gəncləri Rusiyaya oxutmağa göndərir ... Amma onun qarşısında böyük bir maneə var idi .Əmisi oğlu Hidayət xan
Seçilmiş Əsərləri 1. Cild
Seçilmiş Əsərləri 1. Cildİlyas Efendiyev · Avrasiya Press Nəşriyyatı · 200593 okunma
96 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Həyatını ,ailəsini el uğrunda qurban verən qəhrəman — Oqtay Eloğlu Azərbaycan teatrının inkişafında xüsusi rol oynayan Cəfər Cabbarlının teatrın yaranması ,inkişafı ilə bağlı xidmətlərindən biri idə "Oqtay Eloğlu "nu yazmasıdır. Əsərin qəhrəmanı Oqtay milli teatrımız üçün əlindən gələni edir. Onun ən böyük arzusu digər ölkələrdəki kimi Azərbaycan qızlarını da lojada görmək ,aktyorlara gül-çiçək verdiklərini seyr etmək idi .Səhnəyə çıxmağa hazırlaşan Oqtay bütün işi üzərinə götürmüşdü .Amma problemlər çox idi .Aktyorlar bacarıqsız və həvəssiz idilər . C.Cabbarlı səhnədə qadınların oynamasına imkan verməyən mühiti ,cəmiyyəti təsvir etmişdir. Qadın rolunu oynayacaq bir var idisə ,o da Azərbaycanlı olmayan Tamara idi. Amma Oqtayın arzusu Azərbaycan mənəviyyatını ,milli şüurunu təbii şəkildə əks edə biləcək Azərbaycan qızlarını səhnədə görmək idi . Oqtayın arzularına mühit qarşı gəlir .Firəngizin teatra gəlməsi ,aktyorları gül-çiçəklə heyrətləndirməsi Oqtaya ümid verir .Amma qaranlıq mühit Aslan bəy ,Danyar bəy simasında Oqtayın gözəl arzusunu məhv edir .Oqtay teatrı tərk edir,səfil həyatı sürür .Bacısı Sevəri küçədə səfalət içində görən Oqtay səadətini istədiyi xalqın bu qızcığazı da yaşatmadığını düşünür . İlk dəfə Firəngiz Azərbaycan səhnəsində qadın aktrisa kimi çıxış edir .Səhnədə Şillerin " Qaçaqlar " əsəri oynalınırdı .C.Cabbarlı əsərin sonunu tərcümə etdiyi "Qaçaqlar " əsəri kimi bitirir .Karl Amaliyanı öldürdüyü kimi Oqtay da Firəngizi öldürür .
İpek Hasanzade
İpek Hasanzade
Cafer Cabbarlı
Cafer Cabbarlı
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021312 okunma
·
Puan vermedi
Qürur və Qərəz ( Gurur ve Önyargı )
Bu əsəri çox maraqla oxuduğumu deyə bilərəm Qızların ballara getməsi ,əyləncələr ,rəqs bütün bu şən va boş həyat Tolstoyun "Anna Karenina " əsərində də qarşıma çıxmışdı .Kübarlara məxsus olan ballar ,rəqslər bu əsərdə də öz əksini tapıb .BeIə bir mühitdə qadınlara xarici görünüşünə görə dəyər verilir .Hər bir qızın arzusu yaraşıqlı bir kavaler tapıb rəqs etmək ,varlı birinə ərə getməkdir .Tolstoy da "Anna Karenina" əsərində Kitinin dili ilə bu mühiti ifşa edir .Bu mühitdə qadın bəzənib şənliklərə gedir ,bazara çıxarılmış mal kimi satışa çıxarılır . Elə bu əsərdə də ananın tək məqsədii qızlarını varlı ,adlı -sanlı insanlarla evləndirməkdir. Qızlar içində Elizabet öz düşüncəsi ilə digərlərindən fərqlənir . Düşünürəm ki ,belə bir qız sağlam mühitdə mütləq təhsil alardı . Mister Darsi və Elizabetin sevgisinə gəlincə bu iki obrazın qovuşmasına sevindim .Sevdiyin üçün qüruru bir kənara atıb hisslərini büruzə verməsən onu itirə bilərsən .Amma qürur maneəsini aradan qaldıranda bunu hansı bir xarakter insan üçün etdiyini bilməlisən .ZərərIi insanlardan uzaq durmaq üçün bir qürurun da olmalıdır Daha az göster
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 076,3bin okunma
·
Puan vermedi
" Kamança " pyesi
(Əsər haqqında 2020 -ci ildə yazdığım fikirlər)
Celil Memmedguluzade
Celil Memmedguluzade
Cəlil Məmmədquluzadənin 1920 -ci ildə yazdığı "Kamança " pyesi Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna həsr olunmuş ilk əsərdir . Əsərdə müəllifin erməni vandalizminə dərin nifrəti hiss olunur .Bu qəzəb Qəhrəman yüzbaşının ermənilər tərəfindən öldürülən igid oğulların ölümünə yanmasında ,Zeynəb ana timsalında gözüyaşlı , qəhrəman oğul analarının qəzəbində əks olunub. Müsəlmanların toyunda kamança çalanların ,plov yeyənlərin müsəlman qanı tökməsi ,neçə-neçə insanın faciəsinə səbəb olması düşmənin necə təhlükəli olduğunu anlamağa kömək edir . "Kamança " əsərdə bədii obraz səviyyəsinə qalxmışdır . Yüzbaşı kamanın səsinə qulaq asanda mürgülü xatirələri oyanır ,Baxşını öldürməkdən əl çəkir .Müəllif bu lövhə ilə Qəhrəman yüzbaşı timsalında Azərbaycan xalqının humanizmini əks etdirib . İlk öncə ,Qəhrəman yüzbaşının kamançanı " bir tikə ağac qırığı " hesab etməsi ,erməni Baxşının kamançanı əziz tutması əsərin əsas qayəsini anlamağa imkan verir . Halbuki ,kamança Azərbaycanın milli musiqi alətidir . Kamança timsalında sanki bizim bütün milli adət -ənənələrimiz ,dəyərlərimiz nəzərdə tutulub .Mirzə Cəlil öz milli dəyərlərimizə sahib çıxmağın nə qədər önəmli olduğunu vurğulayır .Bu cəhətdən ,Azərbaycan ədəbiyyatında " Kamança "pyesi milli şüur ,milli özünəqayıdış kimi yüksək dəyərlərin təbliği və yaşadılması baxımından dəyərli bədii nümunədir .
Əsərləri - I Cild
Əsərləri - I CildCelil Memmedguluzade · Öndər Nəşriyyat · 200467 okunma
198 syf.
·
Puan vermedi
Zolaqlı Pijamalı Oğlan ( Çizgili Pijamalı Çocuk )
Bu kitabı ilk görəndə çox həyəcanlanmışdım .Çünki uşaq ikən filminə baxmışdım və o səhnə — alman olan uşağın yəhudi əsirlərlə birgə ölməsi ,ata-anasının onu axtarıb tapa bilməməsi gözümün önündən silinmirdi . Əsər saysız -hesabsız yəhudi qırğını törədən Almaniyanın o dövrdəki gerçəkliklərini kiçik bir uşağın dili ilə anladır .Alman uşağın atası öz işində ciddi olan ,əsir yəhudilərin cəzalandırılmasında iştirak edən bir hərbçidir .Və taleyin hökmü elə olur ki ,öz oğlu yəhudilərlə birgə evinin yaxınlığında həlak olur . Bu alman ailəsi üçün çox böyük faciə olsa da, almanlar bu müsibəti yəhudilərə yaşatdırır,onların özlərini ,ailələrini təqib edir ,əsir götürür ,qırırdılar . Yazıçı sadə bir hekayə ilə bu böyük gerçəkliyi təsvir edə bilmişdir . Tarixi gerçəkliyə söykənən bu əsərin mövzusu bu gün də köhnəlmiş sayılmır .Bu gün də dünya irqçiliyin ,şovinizmin müharibə meydanıdırsa, o zaman bəşəriyyət yenə eyni hadisələri fərqli şəkillərdə yaşayır.
Çizgili Pijamalı Çocuk
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202139,3bin okunma
Reklam
192 syf.
·
Puan vermedi
"Məhəbbət olmayan yerdə" povesti
Bu povestdə müəllif Kərəm və Əsmərin evliliyindən söhbət açır . Kərəmin çox savadlı elm adamı olduğunu bilənlər Əsməri çox şanslı hesab edir .Amma bu ailənin təməl bir ünsürü çatışmırdı ki ,o da məhəbbət idi . Demək olmaz ki ,Kərəm və Əsmər bir-birini sevmirdilər .Lakin Kərəm işi ilə məşğul olduğunda yuxunu ,yeməyi unutduğu kimi Əsməri də unudur .Əsmər də məhəbbəti başqasında axtarmalı olur . Yazıçı Əsmərlə onun limon ağacları arasında bir oxşarlıq görürdü : hər ikisi saralırdı . "Ancaq limonların yaraşığı da ,gözəlliyi də ,həyatı da beləcə saralmaqlarında idi ! Bəs Əsmərin ?! "
Povestlər
PovestlərAlibala Hacızade · Kitab Klubu Nəşriyyatı · 05 okunma
160 syf.
·
Puan vermedi
·
24 saatte okudu
Otello
Yaqonun xarakteri ,həyata keçirdiyi xain planları ,Otelloya düşmən olub özünü dost kimi göstərməsi o qədər incə işlənib ki ,əsəri oxuyarkən sonunu təxmin etmək asandır .Otello hirsin ,qısqanclığın qurbanı olur ,gözü dönür .Rodriqo da sadəlövhlüyündən Yaqonun toruna düşür .
Othello
OthelloWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202020,6bin okunma
·
Puan vermedi
Danabaş kəndi (Danabaş köyü )
Əsərdə cəhalət ,avamlıq ,qadın hüquqsuzluğu tənqid olunur .Ən əsas hissəsi "Eşşəkin itməkliyi " başlığı altında nəql olunan Xudayar bəyin Məhəmmədhəsən əminin başına gətirdiyi müsibətin təsviridir.Xudayar bəy həm Məmmədhəsən əminin ,həm də Zibanın ailəsinin məhvinə səbəb olur . C.Məmmədquluzadə yalnız Xudayar bəyin davranışını ,xarakterini yox ,eyni zamanda avamlığı ,sadəlövhlüyü nəticəsində Xudayar bəy kimilərin meydanda at oynatmasına icazə verən Məhəmmədhəsən əmini də tənqid etmişdir . Əlbəttə ,bu xüsusiyyət təkcə Məhəmmədhəsən əmiyə məxsus deyildi .Bir tipikləşdirilmiş surət olaraq o ,XIX Azərbaycan kəndlilərinin vəziyyətini ümumiləşdirirdi. C.Məmmədquluzadə bu əsərində daha bir sıra problemlərə toxunmuşdur :din xadimlərinin özbaşınalığı ,rüşvətxorluğu ,qadının razılığı olmadan yalançı şahidlik hesabına nikah qıyılması ,Quranın dilimizə tərcümə edilməsinin günah olma düşüncəsi ,xurafat və s. Mənə görə Mirzə Cəlil nəsrinin dolğunluğunu ,qələminin qüvvətini əks etdirən ,Azərbaycan ədəbiyyatının ən qiymətli əsərlərindən biridir .
Celil Memmedguluzade
Celil Memmedguluzade
Danabaş Köyü
Danabaş KöyüCelil Memmedguluzade · Bengü Yayınları · 2008623 okunma
184 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qaçaqlar (Haydutlar )
Məni çox maraqlandıran hissələrdən danışacağam.İkinci səhnədən Karlın dostları qərara alır ki ,meşələrdə qaçaqçılıq etsinlər .Onlar məqsədlərini varlı xəsis adamları müharibəsiz qırmaqla ,mülklərini talan etməklə həyata keçirəcəkdilər .ŞbigeIbergin bu ideyası ona göre "düzlük" idi . Əlbəttə ,burada "Cinayət va Cəza "əsərindəki Raskolnikov yada düşür .Onun da ideyası bu şəkildə yaxşılıq etmək deyildimi ? Hər ikisinin ideyası da boşa çıxdı .KarI sonda anlayır ki ,ədalətsiz dünyanı cinayət va qaçaqçılıqla düzəltmək mümkün deyil .QanunsuzIuqIa qanun yaratmaq olmaz . Yeri gəlmişkən Cəfər Cabbarlı "Qaçaqlar " əsərini dilimizə tərcümə etmişdir. C.CabbarIının "Oqtay Eloğlu" əsərində səhnədə "Qaçaqlar " əsəri oynalınarkən Karlın Amaliyanı qətlə yetirdiyi kimi Oqtay da Firəngizi qətlə yetirir .
Haydutlar
Haydutlar
Friedrich Schiller
Friedrich Schiller
Haydutlar
HaydutlarFriedrich Schiller · Antik Kitap · 2011218 okunma