Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

niloya

niloya
@niloyafar
46 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
420 syf.
·
Puan vermedi
·
11 günde okudu
Bir neçə söz...
Çoxdandı ruhumun belə bir kitaba ehtiyacı var imiş...Tam bir nəfəsə bitirmək istədiyim bir kitab, deyərdim sadəcə təkcə kitab yox daha çox şey. Bəzən özünü hansısa əsərdə tam olmasa da yarım parçalarda tapırsan, hisslərin tanışlığı qərarların verilməsi və ən əsası da qayğıların eyni olması...Ətrafında saysızca insan dolub boşalır, amma kiməsə aid ürəyində boşluq olarsa bunu dünya da gəlsə doldura bilməz. Məsumə olduqca güclü qadın obrazı yaradıb, həyatın ən çətin amansız günlərində belə göz yaşını əlinin arxası ilə silib mübarizə apardı. Bu mübarizə tanımadığı biri olsa asan olardı, bəlkə də, amma düşünəndəki burda sənin canından qanında olanlar var, sən bəzən ən mühüm qərarı belə onlar üçün unuda bilirsən. Bu qadın üçün çox şeylər demək olar, bir cümləyə sığdırsaq, həqiqətən, bu cür güclü qadınlar çoxdu, amma onu anlayacaq isə bu sayın tam əksidi. Onun sevgisi illər ötsə də, öz təravətin və məsumluğunu qorumuşdu, tale bəzən bizim düşündüyümüzdən ya çox qəddar, ya da hədsiz dərəcə həssasdır. Sonda isə Məsumənin dediyi kimi:"Sən mənim sevgimdən nə bilirsən axı? Füruğ demiş, mənim bütün yaralarım eşq yarasıdır"-deyərək sevgisini qəlbində basdıran bir qadına acıyaraq yekunlaşdırıram. Ps: Kitab haqda  daha çox danışmaq olar,mən çox qısa yazdım)
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,564 okunma
Reklam
288 syf.
·
Puan vermedi
·
6 günde okudu
Əslində roman postmoderin nümunəsi kimi elə də pis deyil... Sadəcə əvvəldən tanıdığımız müqəddəs dərəcəyə belə çatdırdığımız toxunulmaz obrazlar var ki məncə onlar elə olduğu kimi qalsa daha yaxşı olar. Hansı ki onları sadəcə olduqları kimi və biraz da şişirdilmiş şəkildə qəbul etsək də sonuçda qəbul edilib və yaddaşa o cür hopub. Bütün eyhamları dağıdan yenidən yeni mif ərsəyə gətirilən bu əsər təsəvvürdə çox dərinlik, hətta şübhə belə yaradır... Amma yenə də çox marağlı və düşündürücü bir qədər də şablondan kənardır, bu cəhətdən bəyəndim.
Yarımçıq əlyazma
Yarımçıq əlyazmaKamal Abdulla · 201288 okunma
295 syf.
·
Puan vermedi
Yenə hansısa səbəbdən və problemdən dolayı sevginin olmadığı bir ailə faciəsi...İndinanı qınamaq əslində o qədər də doğru olmasa da ona haqq qazandırmaq da doğru olmaz ,amma özünü o obrazın yerinə qoyanda az da olsa anlamağa çalışırsan... Burada Ralf oxuduğum əsərlər içərsində ən səbirli aşiq rolunda və çox dözümlü birisi. Seçimin ən sonda Ralf olması məni sevindirdi, xoşbəxtlikləri uzun çəkməməsinə rəğmən...
İndiana
İndianaGeorge Sand · Qanun Nəşriyyatı · 201474 okunma

Okur Takip Önerileri

Tümünü Gör
128 syf.
·
Puan vermedi
Mənim ən sevdiyim filosof-yazıçılardan biri... Çox gözəl əsərdi, insanın özünə və başqalarına necə yad necə hissiz olduğu mükəmməl bir şəkildə göstərilib. Mersonu sevməyim orda özmü tapmağımdı hər halda) Səni çəkib aparan obraz yenidən özünə qayıtmağda çətinlik yaratsa belə, şübhələrini darmadağın edir...
Yad
YadAlbert Camus · Qanun Nəşriyyatı · 2020112,3bin okunma
344 syf.
·
Puan vermedi
Sadəcə möhtəşəm)
Keçən il oxudum bu əsəri, amma yaddaşımda o qədər gözəl qaldı ki, və o qədər sevdim ki bunun haqda nəsə yazmadan keçə bilməzdim. Gənc yazarlarımızdan bu cür əsərlərin təqdimatı məni sevindirir. Hələ bir də belə bir möhtəşəm əsər ola... Kitabı bitirib bir neçə aylar hətta deyərdim illərlə onun təsirində qalmaq hər yazarın müvəffəqiyyəti deyil, amma bu əsər üçün bu belə az...)
Yalnızlıqdan Şizofreniyaya
Yalnızlıqdan ŞizofreniyayaOar · Qanun Neşriyat · 2017483 okunma
Reklam
852 syf.
·
Puan vermedi
Dahi və dahilik anlayışı nədir? Əslində yazıçı burda bu adı kinayə ilə seçmişdir. Yucin Vitla obrazında biz dahiliyin tam əksini görmüş olsaq da əslində obraz olaraq çox bəyənirəm. Səbəbi isə bir çox ortaq cəhətlərimizin olmağıdır. Sadə bir misal;Yucin sırf evlənmək üçün evlənmək istəmir, o qarşı cinsdə hər şeyin daha gözəlin axtarır və həyatında olan hər qadında sadəcə bunların hamsı da olmasa bir neçəsini tapdığı üçün müəyyən zamanı onunla keçirir. Bu da təbii ki, Yucinə yetmədiyi üçün yarım buraxmış olurdu. İncəsənət insanları üçün sevginin adi olmadığı və necə əlçatmaz bir zirvə olduğu bu əsərdə Yucin obrazı ilə öz təsdiqini tapmış olur. Sevdiyim əsərlər sırasının öndəgedənlərindəndir:)
Dahi
DahiTheodore Dreiser · Teas Press Nəşriyyatı · 2019170 okunma
27 syf.
·
Puan vermedi
·
3 günde okudu
Oxunması lazım olan, çox həyəcanlı və bir o qədər də hadisələr qarışıq. Zövq almamaq mümkünsüz) Möhtəşəm və ötəsi bir əsərdi. Tarixi, real və eləcə də romantika dolu bir əsərdir. Diqqətimi daha çox bu iç-içə olan hadisələr çəkir, Dartanyan və möhtəşəm 3-lük öz idea xətləri ilə seçilən və sevilən obraz kimi yaddaşımda qalacaq.
3 Silahşörler
3 SilahşörlerAlexandre Dumas · Kidspro Yayınları · 20188,9bin okunma