Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ali Hamaney

Ali Hamaney250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
280
Okunma
59
Beğeni
5,6bin
Görüntülenme

Ali Hamaney Gönderileri

Ali Hamaney kitaplarını, Ali Hamaney sözleri ve alıntılarını, Ali Hamaney yazarlarını, Ali Hamaney yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bismilləhir Rahmənir Rahim
Peyğəmbərin (s) yaratdığı quruluşun müxtəlif xüsusiyyətləri var. Onların arasında yeddi xüsusiyyət hamısından mühüm və qabarıqdır: -Birinci xüsusiyyət iman və mənəviyyatdır. -İkinci xüsusiyyət ədalətdir. -Üçüncü xüsusiyyət elm və bilgidir. -Dördüncü xüsusiyyət səmimilik və qardaşlıqdır. -Beşinci xüsusiyyət əxlaq və rəftar düzgünlüyüdür. -Altıncı xüsusiyyət iqtidar və izzətdir. -Yeddinci xüsusiyyət iş, hərəkət və daimi inkişafdır.
Müqavimət göstər!
Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) möhkəm (müqavimətli) ol!"
Sayfa 41 - "Şura"/15Kitabı okuyor
Reklam
Ən yaxşı şərik
İşdə düzgün idi. Cahiliyyət dövründə ticarət edirdi, Şama və Yəmənə gedirdi, ticarət karvanlarına qoşulurdu, şərikləri vardı. Onun cahiliyyət dövründəki şəriklərindən biri sonralar deyirdi ki, o ən yaxşı şərik idi; nə inadkarlıq edirdi, nə mücadilə edirdi, nə öz yükünü şərikinin çiyninə qoyurdu, nə müştəri ilə pis rəftar edirdi, nə ona baha satırdı, nə yalan danışırdı; işdə düzgün idi. Onun bu düzgünlüyü cənab Xədicəni ona məftun etdi. Çünki Xədicə də Məkkənin birinci xanımı, əsil-nəsəb və sərvət baxımından görkəmli şəxsiyyət idi.
Həzrət Rəsul(s) əxlaqı
Onun xalqla rəftarı sədaqətə, səmimiyyətə və düzgünlüyə əsaslanırdı.
Dünya+axirət=əbədi səadət
O dünyadır, bu axirətdir. Əgər bunların hər ikisi bir yerə toplansalar, dünya və axirətin səadəti hasil olar. Yəni insanın həm dünyası, həm də axirəti olar. Nəticədə xoşbəxt bir insan və peyğəmbərlərin istədiyi səadətli bir həyat alınar.
Bikarçılığın və işsizliyin məzəmmət olunması
Peyğəmbər (s) müxtəlif üsullarla xalqda iş və çalışmaq ruhiyyəsini canlandırırdı. Bəzən işsiz bir gənc gördükdə buyururdu ki, Allah bikar gənci sevmir, Allah öz ömrünü tələf edən və işsizliklə keçirən gənci sevmir.
Reklam
Bismilləhir Rahmənir Rahim
Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!
Bismilləhir Rahmənir Rahim
Peyğəmbər (s) qullarla oturub-dururdu, onlarla yemək yeyirdi. Bir gün yer üzərində oturub bir dəstə yoxsul adamla yemək yeyirdi. Səhra ərəblərindən olan və oradan keçən bir qadın təəccüblə soruşdu: "Ey Allahın rəsulu! Sən qullar kimi yemək yeyirsən?". Peyğəmbər (s) təbəssüm edib buyurdu: "Vay olsun sənə! Hansı qul məndən daha artıq quldur?!".
İslamın geriləmə səbəbi
Harada elmi, əxlaqı, ictimai münasibətləri, mənəvi iqtidarı, izzəti, birliyi və hamısından üstünü, ədaləti görməzdən gəldisə, inkişafı dayandı, gerilədi və elə bir həddə çatdı ki, təcavüzkar, işğalçı və tamahkar qüvvələr bu ümməti parça-parça edə, bir-birinin qarşısında qoyub bir-birinin gücünü zəiflətməyə vadar edə və onlara hakim olub sərvətlərini mənimsəyə bildilər.
Tələbə və şagirdlərin vəzifəsi ...
Tələbə və şagirdlər elm öyrənməkdən ibarət vacib əməli peşə və təcrübə öyrənməklə birləşdirməli, özlərinə uyğun inqilab hərəkətlərinin öncülü olmalı, İslamın uca məqsədləri istiqamətində, qlobal hegemonizmin, ABŞ, sionizm və mürtəcelik üçbucağının təxribatları qarşısında ürəkdən mübarizə aparmalıdırlar
Sayfa 260Kitabı okudu
Reklam
İslamın əxlaqi dəyərlərindən bəhrələnmək belədir ki, qadağan olunmuş ehtiraslardan, tamahkarlıqdan, dünyagirlikdən, haqsızlıqdan, namərdlikdən, sərvət hərisliyindən çəkinmək, fəzilət, təqva, paklıq, səbir, ixlas, paklıq, zahidlik və digər əxlaqi xislətlərə sarılmaq ruhu cəmiyyətdə yayılsın və əsl dəyərlər sayılsın
Sayfa 259Kitabı okudu
Möhtəşəm güc
Xalqın gücünü tanımaq lazımdır. Bu güc möhtəşəmdir. Bu potensialı işlətmək üçün iradə, əzmkarlıq, ixlas və mücahidlik lazımdır.
Sayfa 254Kitabı okudu
İslam Respublikası quruluşu özünü düşmənin təhlükə və zərərindən bir yolla tam şəkildə qoruya bilər. O da budur ki, öz qüdrəti ilə onları məyus etsin.
Sayfa 246Kitabı okudu
Həmvətənlərimizin Rusiya və digər ölkələrdə aktiv fəaliyyətləri
Müsəlmanlar son bir-iki onillikdə İslam dünyasının şərq və qərbində, hətta qeyri-müsəlman ölkələrində həqiqi və güclü hərəkata başlayıblar. Bunu İslamın yeni həyat hərəkatı adlandırmaq lazımdır.
Sayfa 245Kitabı okudu
843 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.