Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Ali Hamaney

Ali Hamaney250 Yıllık İnsan yazarı
Yazar
7.8/10
75 Kişi
282
Okunma
59
Beğeni
5,8bin
Görüntülenme

Öne Çıkan Ali Hamaney Gönderileri

Öne Çıkan Ali Hamaney kitaplarını, öne çıkan Ali Hamaney sözleri ve alıntılarını, öne çıkan Ali Hamaney yazarlarını, öne çıkan Ali Hamaney yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yâ RÂBBENA ;
Bütün yer ve gök kağıt olsa, Bütün denizle okyanus mûrekep olsa, Bütün ağaçlar da kâlem olsa; . "Yinede yetmez senin vâsf-ı şan'ını yazmaya. (anlatmaya).." . Behyedin ALAK
Biz namazda əl davası edəndə düşmən o əli necə kəsəcəyini düşünür
Həqiqətən, məzhəb ixtilafları baxımından müsəlmanların vəziyyəti acınacaqlıdır. Tarix boyu müsəlmanların dəyərli elm və düşüncə imkanlarının çoxu bir-birinə qarşı tuşlanmışdır. Yanlış anlaşılmasın, mən öz məzhəbini isbat etmək üçün göstərilən elmi fəaliyyəti rədd etmirəm, həm şiə, həm sünni, həm də hər hansı bir firqə,əqidə və təriqətə etiqadlı şəxsin öz yolunu isbat etməyə haqqı çatır. Bu başqa şeydir, biz onu rədd etmirik. Bizim rədd etdiyimiz ziddiyyət, qarşıdurma, təhqir və qarşı tərəfin inkarına çalışmaqdır. Bu, düzgün deyil.
Reklam
Bismilləhir Rahmənir Rahim
Bir dəfə Harun Bəni-Haşimi susdurmaq və onların iddialarına son qoymaq üçün Musa ibn Cəfərə (ə) dedi ki, Fədəkin sahəsini müəyyən et, onu sənə qaytarım. İmam əvvəlcə bundan imtina etdi, sonra buyurdu ki, hamısını versən, alaram. O dedi ki, çox yaxşı, hüdudlarını müəyyən et. Maraqlıdır ki, imam onun hüdudlarını təyin edərək deyir: "Bir tərəfi Ədəndir". Bunlar Mədinədə, ya da Bağdadda oturub söhbət edirlər. Deyir ki, bir tərəfi Ərəbistan yarımadasının sonu olan Ədəndir. Bunu deyəndə Harunun rəngi dəyişdi. Sonra buyurdu ki, bir tərəfi Səmərqənddir. Bu zaman Harunun rəngi qızardı. Buyurdu ki, üçüncü tərəfi Tunisdir. Bu zaman Harun əl-Rəşidin rəngi qaraldı. Dedi ki, maraqlıdır! Sonra buyurdu ki, dördüncü tərəfi dənizlərin kənarı, adalar, misal üçün, Aralıq dənizidir və sair. Harun əl-Rəşid dedi ki, bəs bizə nə qaldı; onda qalx gəl, mənim yerimdə əyləş. İmam Kazim (ə) buyurdu: "Sənə dedim ki, hüdudlarını təyin etsəm, qaytarmayacaqsan".
Sayfa 220Kitabı okudu
Sonra da deyirik ki, mübahisələr niyə yarandı¿
♢ Hər kəs gördüyündən və baxış dairəsinə sığandan öz dərki və təfəkkürü qədər bir şey anlayır. ♢
Bizim hamımız çox ehtiyatlı olmalıyıq; çox ehtiyatlı olmalıyıq: danışığa, mövqe bildirməyə, deyilib-deyilməyənlərə diqqət yetirməliyik. Bəzi sözləri demək lazımdır; əgər deməsək, vəzifəmizə əməl etməmişik. Bəzi sözləri söyləməmək, deməmək lazımdır. Əgər desək, vəzifənin ziddinə əməl etmiş olarıq. 1. Dediyimiz sözləri ixlas və Allahın razılığı meyarı ilə ölçək 2. Mövqe bildirərkən dinləyicilərin təsiri altına düşməyək; 3. Diqqətlə baxıb görək sözlərimiz ixlasla və Allah üçündür, yoxsa yox.
⸙⸙ "Ey Allahım, məni bir göz qırpımı qədər də öz nəfsimə tapşırma!" ⸙⸙
Reklam
Bir neçə nəfər əziz Peyğəmbərin (s) yanına gəlib bir şəxsi təriflədilər. Dedilər ki, ey Allahın rəsulu, biz bu kişi ilə səfərə çıxmışdıq. O çox yaxşı,pak və allahçı bir kişidir; həmişə ibadət edirdi, harada dayanırdıqsa, dayandığımız andan hərəkət etdiyimiz vaxta qədər namazla, zikrlə, Quranla və belə işlərlə məşğul olurdu. Bu təriflərdən sonra Peyğəmbər (s) təəccüblə onlardan soruşdu: "Bəs onun işlərini kim görürdü? Miniyindən düşəndən daim namazla və Quranla məşğul olan şəxsin yeməyini kim bişirirdi? Onun əşyalarını kim endirir və (gedəndə) miniyə yükləyirdi? Onun işlərini kim görürdü?" Onlar cavabda dedilər ki, ey Allahın rəsulu, biz tam rəğbətlə onun işlərini görürdük. Peyğəmbər (s) buyurdu: “Sizin hamınız ondan yaxşısınız”. Onun öz işini görməyib sizin üzərinizə qoyması və özünün ibadətlə məşğul olması yaxşı insan olmasına bais olmur. Yaxşı insan sizsiniz ki, işləyirsiniz, çalışırsınız və hətta başqasının işini də görürsünüz.
Allah övliyalarının ticarət yeri..
Əmirəlmöminin buyurur: "Dünya Allah övliyalarının ticarət yeridir". Dünya Allah övliyalarının bazarlıq və qazanc yeridir, yaxud onların ticarət və qazancına vasitədir və mənəvi inkişaf üçün dünyadan istifadə edə bilərlər.
...biz şiə olaraq bu dərsi yadda saxlamalıyıq ki, ədalət güzəştə gediləsi və bazarlıq ediləsi bir şey deyil və müxtəlif maraqlardan - fərdi, ictimai və siyasi maraqlardan heç biri ədalətlə bazarlıq ediləsi deyil.
Maraqlı yanaşmadır :|
𝄪𝄪𝄪 Fəsadın kökü aləmin həqiqətinə diqqət yetirməməkdən ibarətdir. 𝄪𝄪𝄪
843 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.