Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Çingiz Abdullayev

Çingiz AbdullayevMavi Melekler yazarı
Yazar
7.9/10
794 Kişi
3.715
Okunma
294
Beğeni
11,3bin
Görüntülenme

Çingiz Abdullayev Gönderileri

Çingiz Abdullayev kitaplarını, Çingiz Abdullayev sözleri ve alıntılarını, Çingiz Abdullayev yazarlarını, Çingiz Abdullayev yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əgər indi gözləyə bilmirsə, sonra heç gözləməyəcək. Bu, artıq böyük təcrübə ilə yoxlanılıb.
Ona görə hər kəsdən xaiş etməyəsən gərək
Mənim ulu babam öz torpaqlarını əlində tüfənglə qoruyub. O mənim atamı öyrədib ki, həyatda öz problemlərini özün həll etməlisən.
Reklam
Politikacılar her yerde pis kokar Moya...
Xəbərləri dinləmək, hər iki tərəfə rəhbərlik edən yaramaz insanların əlində, sadəcə olaraq, xırda pul rolunu oynayan şikəst və yaralı insanları görmək istəmirdi.
Hərçənd, insan daha təhlükəli və daha hiyləgərdir
Biz belə deyirik: Əgər şeytan kiminsə şəklinə düşməyə qərar versə, o, timsaha çevrilər.
Əməllərimizin qeyri-sabitliyi haqqında
İnsan əməllərinin öyrənilməsilə məşğul olanların ən böyük çətinliyi, onları öz aralarında barışdırmaq və vahid izahat verməkdir. Çünki bizim əməllərimiz bəzən bir-birinə o qədər zidd olur ki, onların eyni adam tərəfindən törədildiyinə inanmaq mümkün olmur. Mişel de Monten
Birinci Qarabağ müharibəsi dövrü
bu müharibədə mənim ən çox erməni və azərbaycanlıların sadə insanlarına yazığım gəlir. Onları bir-birilərinə qarşı qaldırıb indi onların qanıyla varlanırlar.
Sayfa 504Kitabı okudu
Reklam
296 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
"...Nikolay düşüb maşının qapısını açdı. Rinat adəti üzrə pencəyinin düyməsini bağladıqdan sonra maşından endi. Anzor dönüb onlara baxırdı. Yaxınlıqdan yaşlı bir qadın keçirdi, əlində ərzaq dolu torba vardı. Rinat bir addım yana çəkilib Nikolayın arxasına keçdi. Nikolay da yaşlı qadına yol vermək üçün bir addım geri çəkildi. Onlar bir xətt boyunca dayanmışdılar. Elə bu vaxt atəş açıldı. Nikolay heyrətlə atəş açanlara tərəf baxdı və yavaş-yavaş yerə sərildi. Sinəsində iki qan ləkəsi əmələ gəldi və ləkələr sürətlə böyüməyə başladı. Rinat qolunda güclü bir zərbə hiss etdi, qeyri-ixtiyari aşağı əyildi. Anzor silahını çıxartdı və çığıraraq Rinata dedi ki, Nikolayın yanında yerə uzansın. Yenə bir neçə dəfə atəş açıldı. Rinat korlanmış pencəyinə baxdı. Əvvəlcə yalnız pencəkdə açılan və onu tamamilə yararsız hala salan dəliyə görə məyus olmuşdu. Sonra dəliyin ətrafına yayılan ləkəni gördü və əlini vuranda bunun qan ləkəsi olduğunu anlayıb təəccübləndi..."
Çingiz Abdullayev
Çingiz Abdullayev
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın Varisi
Oliqarxın VarisiÇingiz Abdullayev · Teas Press · 030 okunma
O, pulun gücünü hiss etmək istəyirdi. İndi bilirdi ki, bu gücün sərhədi yoxdur. O alçalda, təhqir edə, pul verdiyi insanlara nifrət bəsləyə bilər. Çünki o, milyardlara sahib olmuş və indiki mövqeyini həm özünün, həm də başqalarının qanı bahasına qazanmış bir varisdir. O, oliqarxın varisidir. Buna görə də ixtiyarı var ki, kresloda oturub bir zamanlar çox xoşuna gələn qadına tərəf gözünün ucu ilə də baxmasın. Hər şeyin haqqı ödənilib. Bu qadın əmtəə olmağın əsl mahiyyətini hələ anlamır. Pulla satın alınmış mal! Ancaq o bunu öyrənəcək. Mütləq öyrənəcək.
Sayfa 293 - XXIII FƏSİLKitabı okudu
-Mənə daha heç nə demək istəmirsən?- qadın soruşdu. -Yox.
Sayfa 292 - XXIII FƏSİLKitabı okudu
-Dəyişmişəm,- Rinat cavab verdi...
Sayfa 292 - XXIII FƏSİLKitabı okudu
Reklam
-Nə qədər ki vaxtınız var, həyatdan zövq alın...
Sayfa 287 - İosif PlavnikKitabı okudu
Bununla belə, yenə də insanı qüssə bürüyürdü.
Sayfa 271 - XXII FƏSİLKitabı okudu
Fırıldaqçı, fleqmatik, rüşvətxor olmaq olardı. Hətta oğru da olmaq mümkün idi. Amma müharibə zamanı vətənpərvər olmamaq ayıb sayılırdı. Və təhlükəsiz də deyildi. Sadəcə, işdən çıxara bilərdilər.
Sayfa 319Kitabı okudu
1.259 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.