Rəşad Bayramov

Sözünə Güvən yazarı
Yazar
8.3/10
4 Kişi
30
Okunma
2
Beğeni
702
Görüntülenme

Rəşad Bayramov Sözleri ve Alıntıları

Rəşad Bayramov sözleri ve alıntılarını, Rəşad Bayramov kitap alıntılarını, Rəşad Bayramov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Əsas məsələ nə demək yox,necə deməkdir "V.K.V"
İnamli duruş vəziyyətini aldıqdan və göz təması qurduqdan sonra əl hərəkətlərinə fikir ver. Ümumiyyətlə, jestlər və baş hərəkətləri nə qədər az olarsa, bir o qədər yaxşıdır. Mesaj sadədir: soyuqqanli olanda sanballi görünürsən. Əgər əl və bədənlə danışmağa meylin varsa, çalış, impulsları nəzarətdə saxla. Əllərini bir qələm və ya kağız parçası ilə məşğul et.
Təsirin "NİYƏ"si "NECƏ"dən daha vacibdir.
Dünyada şlyapasından dovşan çıxarmağı bacaran bir dəstə sehrbaz var. Onları “siyasətçi” adlandırırıq . Qəribəsi budur ki, həmin fokusu dəfələrlə görməyimizə baxmayaraq, hələ də aldanırıq. Siyasətçilər nü fuz saçırlar. Onlar insanların etimadını qazana bildiklərinə görə irəli gedə bilirlər. Lakin, əfsuslar olsun ki, tez-tez bu etimaddan sui-istifadə edərək bir şey deyib başqasinı edirlər. Sehrbaz olduqlarına görə çatışmazlıqlarını ört-basdır etmək üçün fərqli yeni fəndlərə əl atirlar.
Reklam
Yaşamaq üçün "niyə"si olan bütün "necə"lərə dözər
"Emosional” sözü səni çaşdırmasın. Onu eşitdikdə də çox vaxt ağlımıza su yerinə axan göz yaşları və ya şaqqanaq çəkib gülmək gəlir. Lakin insanlar qorxu. təkəbbür, qəzəb və həyəcan kimi müxtəlif emosiyalar da keçirirlər. Sənin natiq kimi rolun təkcə auditoriya nın ağlina deyil, həm də emosiyalarına köklənməkdir - əslində, adi həyatda verdiyimiz beş qərarın dördü nü məhz emosiyalar tənzimləyir.
İnsanlara empatiya və sevgi ilə qulaq asmaq..
Danışanın gözlərinə baxmaq olduqca vacibdir Müxtəlif mədəniyyətlərdə göz təmasının intensivliyini tənzimləyən incə nüanslar olsa da, dünyanın otuz dan çox milliyyətinin nümayəndələri ilə apardığim təlim və kouçinq tədbirlərindən sonra bu qənaətə gəl mişəm: gözlər, doğrudan da, insanın qəlbinə açilan pəncərədir. Natiq fəal dinləyicinin gözündə maraq, rəğbət, dəstək və anlayış oxuya bilər. İnsanlara təsir etmək üçün əla silahdır..
İnsanlara empatiya və sevgi ilə qulaq asaraq misilsiz təsir imkanına sahib ola bilərsən.
Əgər insanlara təsir onların həyatını daha da yaxşılaşdırmaq kimi nəcib məqsədə qulluq etmirsə, bu barədə söhbət açmaq belə nəinki mənasız, hətta təhlükəlidir.
Reklam
Hər kəsin öz subyektiv həqiqəti olduğundan onu qarşı tərəfə düzgün çatdırmaq olduqca vacibdir.
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.