Məni sevməyirsən, sevmə əzizim
Daha niyə mənə düşmən olursan
Mən sənin eşqindən hər zaman yandım
Sən isə yandıran bir şam olursan
Onsuz da qəlbimi yaralamısan
Neyləyək, qoy sənin qurbanın olsun
Sevgisiz bir qəlbi niyə yaşadım
Mən köçüb gedərəm peşman olarsan
Yandım, yanacağam nə qədər desən
Görürəm sən bundan xoş hal olursan
Hərdən ova çıxan ovçular kimi
Qəlbimi tuşlayıb nişan alırsan........