Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!” – deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminləri ancaq ələ salırıq” – deyirlər.
Allah da Qiyamətdə onları ələ salacaqdır. İndi kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və azğınlıqlarını gücləndirir.
Bəqərə surəsi, 14 və 15-ci ayə.