Nurali Aslanov

Nurali Aslanov
@1_Aslanov
Özümü tanımaq yolunda hələki irəlləyirəm Arada bir yorulub dayanıram,ancaq pes etmirəm , irəliyə sürünürəm Özümü tapmayana qədər dayanmaq yoxdu İrəli irəli ancaq irəli!
Puan vermedi·115 syf.··
2020 28. kitabı
·
5 saatte okudu
·
Okunma: 26 Kasım 2020 13:47
L.N.Tolstoy'dan oxuduğum ilk kitab, qələmi ilə ilk tanışlığım oldu. Yazıçı daha çox romanları ilə tanınsa da, həm də gözəl hekayələr müəllifidir. Elə "İnsanı yaşadan nədir" adlı kitabın içərisində də Tolstoy'un beş hekayəsi yer alır. Hekayələr ümumilikdə oxucuya sevməyi, bağışlamağı, güzəştə gedə bilməyi, nəfsinə qurban getməməyi, vicdanlı olmağı, bir sözlə - insan olmağı, insani dəyərlərimizi xatırladacaq həyat dərsləri öyrədir. Bir yandan da Tolstoy'un insan qəlbinə Allah sevgisini, mərhəmət hissini necə aşıladığının şahidi oluruq. Sonda isə MİMTA (Milli İrsi Mədəni Tarixi Araşdırmalar) nəşriyyatı haqqında mütləq öz fikrimi bölüşmək istəyirəm. Oxuduğum bir çox kitablarda orfoqrafik səhvlərə hədsiz dərəcədə çox rast gəlirəm, təkrarolunan uğursuz çaplar məni tamam hövsələdən çıxardır. "İnsanı yaşadan nədir?" kitabı MİMTA nəşriyyatının idi. Bir hərf səhvi tapa bilməzsiniz) Üz qapağı, tərcüməsi, çap formatı olduqca uğurlu alınıb. Kitab seçimi edərkən bu nəşriyyata da müraciət edə bilərsiniz.
İnsanı Yaşadan Nədir?Lev Tolstoy · Mimta Nəşriyyatı · 2020234,2bin okunma
Nurali Aslanov
Bu əsərinin adı “İnsan nə ilə yaşar”deyilmi .yoxsa mən yanılıram , bu bilmədiyim əsəridi?