Doğrudan da, bəzən insanlardakı "vəhşi" qəddarlığından söz açırlar, lakin bu, vəhşi heyvanlara münasibətdə ədalətsizlikdir: vəhşi heç zaman insan qədər qəddar ola bilməz. İnsan kimi artistcəsinə, bədii şəkildə qəddar ola bilməz. Pələng sadəcə didib dağıdır və bundan savayı bir şey bacarmır. Bunu bacarsa belə, insanları qulaqlarından mıxlayıb, səhərə qədər bu vəziyyətdə saxlamaq heç onun ağlına da gəlməzdi...