Ayisha

Bu qız onların heç birinə bənzəmirdi. Axı ona mənim atamın harada işləməsi, nə pullar, nə qızıllar maraqlı idi. Onun üçün fərqi yox idi mən nə dərəcədə yaraşıqlıyam, ya çirkin, boyum uzundur, ya qısa, hansı maşını sürürəm, hansı dilləri bilirəm, hansı ölkələrdə gəzdirəcəm onu.
Sayfa 19
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Niyə axı biz qadınlar öz şəxsi həyatımızdan başqa hər şeyi düşünürük? Ata-anamızı, qardaş-bacımızı, ərimizi, uşaqlarımızı və ən pisi də yad insanların barəmizdə nə deyəcəyini...
Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda ki,neyinnen xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi. Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə səhifələrini cıra bilməzsən.
Biz uşaq vaxtı elə bilirdik ki, zənbildən çıxmışıq... Mən bu yalana düz on il inanmışdım. O biri on ili mən inanırdım ki cənnət var. -Bəs indi, bəs indi nəyə inanırsan? -İndi heç nəyə inanmıram...
"Mən əmin idim ki, hardasa orda bir yerdə elə bir qüvvə var ki bizdən qat-qat üstündür. Və mən əmin idim ki,hansı dində olursan ol əgər ürəkdən o varlığa ibadət edirsənsə o bunu anlayar".