Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hamsı bir adamda cəm olur. Gərək nə olursa olsun onu başqaları ilə səhv salmayaq.
Tamamilə itirdiyin birinə və artıq sənin üçün dəyərsizləşmiş birinə hər şeyi bağışlamaq olar. Sevib dəyər verdiyin müddətdə isə bunu etmək çox çətindir... Ancaq məhəbəttin sonu nakam olsa belə, onu dadmaq heç dadmamaqdan daha yaxşıdır.