"Biz dərdimizi kitablara danışa bilərik, onlardan məsləhət almaq mümkündür. Onlar bizə keçmişə qaytara, itirdiklərimizi geri verə və gələcyimizi qura bilərlər..."
- Mümkün deyil ki, bir əsər hamının rəğbətini qazansın. Tanrıdan gözəl əsər yaza bilməyəcəyik ki. Onun göndərdiyi əsərlərə belə çoxlu iradlar bildirirlər, bəziləri bu müqəddəs kitabları belə bəyənmirlər.
Ədəbi əsər ilk növbədə maraqlı və çoxşaxəli olmalı, özündə dərin məna və ibrətlər ehtiva etməlidir. Əsl bədii ədəbiyyatda yalnış davranışların, kin, qəzəb kimi mənfi hisslərin acı nəticələri bədii şəkildə göstərilməlidir.