Aysel Muradlı

Aysel Muradlı
Bibliophile
Əslində, həyatımıza baxsaq, dəfələrlə doğulduğumuzun şahidi olarıq. İlk dəfə ana bətnini tərk etməklə dünyada doğuluruq. Sonra məktəbə getdiyimiz gün ailəni tərk edib yeni mühitdə doğuluruq. Valideynlərin himayəsindən çıxıb müstəqil həyata qədəm qoymaqla yeni doğulmaya imza atırıq. Ailə həyatı quranda, övlad sahibi olanda, köhnə dünyagörüşünü tərk edib yeni fundamental qərarlar qəbul edəndə. Hər kəs bütün bu doğulmalar zamanı psixoloji gərginlik yaşayır. Sadəcə olaraq, bəzilərində bu daha kəskin olur. Çünki insan "ana bətnindən" ayrılmaq istəmir. Ananı itirmə hissi... Bəli, bu hiss məhz belə adlanır. İnsan onu dünyaya gətirib böyüdən "anasını" hər zaman itirmə qorxsu ilə yaşayır. Bu "analardan" isə bir insan həyatında bəzən yüzə qədər ola bilər.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
- Tanrı bizi xoşbəxt etmək istəyəndə anlaya bilmədiyimiz ən xoşagəlməz yollarla aparır. Çünki getmək istədiyimiz xoşagələn yollar çox zaman bizi səadətə aparmır.
Əksinə, ağaclar biz insanlardan daha həssas, daha mehribandır. Çünki ağacların da ruhları var və onları sevən insanları sevirlər.
Elm, texnika inkişaf etsə də, insanlıq öz uşaqlıq dövrünü yaşamaqda davam edir. Onlar etdiklərinin çirkinliyini dərk etmirlər. İnsanlıq hələ azadlıq üçün azadlığın, həyat üçün həyatın qurban verilməsinə ehtiyac olmadığı bir mərhələyə çatmayıblar.
Şər öz işindən əl çəkmirsə, biz niyə inancımızı dəyişib yaxşı işlərimizi tərk edək?