Eyni hal insan həyatı ilə də bağlı baş verir. Yer üzündəki qılafının, cəsədinin torpağa tapşırılması ilə onun həyatı əsla bitmir. Yer üzündəki yaşamının Varlığın kiçicik bir zərrəsi olduğunu anlasaydı, insan indikindən qat-qat güclü olardı. O bilməlidir ki, həyat ölümdən sonra da davam edir və heç vaxt bitmir, ən müxtəlif dünyalarda və Kainatın cürbəcür guşələrində yeni, fərqli formalara girməklə öz varlığını davam etdirir.
Əcəb sarsaqlıqdır! Hər insanın zatında uca Tanrıdan bəlli bir hissəcik, zərrə varsa, onda Tanrını necə öldürmək olar?! Bu, bir mənada öz ruhunu öldürməyə bərabərdir, axı!
sən hələ də anlamırsanmı Sevgi nədir? O, bizim hər birimizdə var olan müsbət Enerjinin ən başlıca elementidir. O bu Enerjini hərəkətə gətirən əsas təkandır. Məhz bu vacib Elementdir sizin aranızdakı ünsiyyət vasitəsi! Bu sizin bir-birinizi qoruyub, hifz eləmənizi təmin edən başlıca amildir.Sizə həyat verən də odur, məhz o, azalıb-tükəndiyi vaxt siz də zəif və kövrək olursunuz. Yəni sən bunu da anlamırsan? Bunu başa düşməyə nə var axı?!"
əgər Kədər Ağrının və mənfi Enerjinin ayrılmaz yol yoldaşıdırsa, onda eyni məntiqlə müsbət Enerjinin də bir sirdaşı olmalıydı. Beləcə Tanrı Xoşbəxtliyi yaratdı. Yer üzündəki hər insanın özünəməxsus bir missiyası var. Xoşbəxtlik hissini də insan o zaman yaşayır ki, öz missiyasının icrası üçün Tanrıdan bir az da yaşamaq şansı qazanır və ya daha da güclənən insan başqalarının Enerjisinə yiyələnir.