Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
125 okur puanı
Mayıs 2024 tarihinde katıldı
10/10
·1439 syf.··
Beğendi
·
2026 12. kitabı
·
60 günde okudu
·
Okunma: 30 Mayıs 2026 00:35
“Səfillər” kitabını oxuduqca personajların yaşadığı hər şeyi hiss edirdim. Xüsusilə Fantineyə çox üzülmüşdüm. Onun o çarəsizliyi, qızı üçün hər şeyə dözməsi çox ağır idi. Jean Valjean isə kitab boyunca ən sevdiyim personaj oldu. Onun dəyişimi, hər şeyə baxmayaraq yaxşı insan olmağa çalışması və Cosette üçün etdikləri çox təsirli idi. Ən çox da onun heç vaxt tam rahatlıq tapa bilməməsi mənə təsir etdi. Sanki ömrü boyu sadəcə başqaları üçün yaşadı. Marius və Cosettenin sevgisi isə kitabın o ağır atmosferinin içində daha yumşaq hiss etdirirdi. Marius mənə oxuduğum qədərilə tam romantik kitab qəhrəmanı kimi gəldi.Kitabın sonu isə məni ən çox təsirləndirən hissə oldu. Jean Valjeanın sonda tək qalması, Cosettedən uzaq qalmaq məcburiyyətində olması çox pis idi. Amma son nəfəsində Cosette və Mariusu görməsi həm kədərli, həm də çox duyğusal səhnə idi. O hissələri oxuyanda doğrudan kövrəlmişdim. Səfillər mənə görə insanın dəyişə bilməsi, mərhəmət və sevgi haqqında yazılmış ən təsirli kitablardan biridir. Kitabı bitirsəm də, bəzi səhnələri və personajları uzun müddət unutmayacağımı düşünürəm. SefillerSefiller Victor HugoVictor Hugo
1000Kitap
SefillerVictor Hugo · Oda Yayınları · 2011105,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·120 syf.··
Beğendi
·
2026 10. kitabı
·
24 saatte okudu
·
Okunma: 31 Mart 2026 20:00
Viktor Hüqo Bir idam məhkumunun son günü əsərinində ölümə aparılan bir insanın düşüncələrini o qədər təsirli şəkildə təsvir edib ki, sanki onunla birlikdə addım-addım sona doğru irəliləyirdim. Əvvəldə kürek məhkumluğu ilə müqayisədə idam məhkumluğunu daha “yaxşı” hesab etsə də, zaman keçdikcə və ölüm yaxınlaşdıqca bunun necə dəhşətli bir son olduğunu daha dərindən hiss etməyə başlayırdı. Əsərdə diqqətimi ən çox çəkən məqamlardan biri son ana qədər insanın içində ümidin yaşaması oldu. Həqiqətən də “ümid sonda ölür” deyirlər. Burada da o, edam olunacağı son saniyələrə qədər bağışlanacağına inanırdı. Amma sonluq qaçılmaz idi... Məni ən çox təsirləndirən səhnə isə,qızı ilə olan görüşü oldu. O an artıq söhbət bir məhkumun cəzasından getmirdi, bir atanın övladından ayrılmasından gedirdi. Qızının onu tanımaması isə sanki edamdan əvvəl yaşadığı ikinci bir itki idi. Yazıçı ölüm cəzasının nə qədər mərhəmətsiz və ağır olduğunu göstərmək üçün çox təsirli bir yol seçib: oxucunu məhkumun yerinə qoyur və empati qurmağa məcbur edir. Məncə, bu üsul əsərin təsir gücünü daha da artırır. Kitab haqqında deyilənlərin həqiqətən də boşuna olmadığını oxuduqdan sonra daha yaxşı anladım. Victor HugoVictor Hugo Bir İdam Mahkûmunun Son GünüBir İdam Mahkûmunun Son Günü
1000Kitap
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2026152,3bin okunma
8/10
·144 syf.··
Beğendi
·
2026 8. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mart 2026 16:38
Bəzən sevdiyin insan üçün ən çətin qərarı vermək məcburiyyətində qala bilərsənmi? Corc və Lenninin kiçik bir torpaq alıb sakit həyat yaşamaq arzusu vardı. Onların bu arzunu dəfələrlə danışması mənə bir şeyi düşündürdü: bəzən insanın yaşamağa davam etməsi üçün bir ümidə ehtiyacı olur. Hətta o ümidin gerçəkləşib-gerçəkləşməyəcəyini bilməsə də.Kitabın ən təsir edən hissəsi son səhnə oldu. Corcun verdiyi qərar çox ağır idi, amma bir tərəfdən də Lennini daha pis aqibətdən qorumaq üçün etdiyi bir şey idi. Bəzən insan ən çox sevdiyi insan üçün ən çətin qərarı verməli olur. Qısa bir kitab olsa da, içində dostluq, məsuliyyət və insan arzularının nə qədər kövrək olduğu haqqında çox şey var. Siçanlar və AdamlarSiçanlar və Adamlar John SteinbeckJohn Steinbeck
1000Kitap
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2024211,4bin okunma
9/10
·86 syf.··
Beğendi
·
2026 7. kitabı
·
5 saatte okudu
·
Okunma: 07 Mart 2026 21:35
Kitabın əsas fikri odur ki, insan əslində sevgi ilə yaşayır. İnsanları yaşadan şey pul, güc və ya planlar deyil, insanların bir-birinə göstərdiyi sevgidir. Kitabı oxuyanda bir şeyi də hiss etdim ki, insanlar çox vaxt həyatlarını özlərinin idarə etdiyini düşünür. Elə bilirlər hər şeyi planlayırlar və hər şey onların əlindədir. Amma insanın sabah başına nə gələcəyini bilməsi mümkün deyil.Insan əslində təkbaşına yaşamır. Bəzən elə bilir ki, öz gücü ilə ayaqda qalır, amma əslində onu yaşadan başqa insanların ona göstərdiyi sevgi və mərhəmətdir. Kitabın içində həm düşündürücü, həm də maarifləndirici qısa hekayələr var. Hekayələr çox sadə dillə yazılıb, amma verdiyi mesaj kifayət qədər dərindir. Tolstoy bu kitabda göstərmək istəyir ki, insan həyatının əsasını sevgi və mərhəmət təşkil edir. İnsan Neyle Yaşar?İnsan Neyle Yaşar? Lev TolstoyLev Tolstoy
1000Kitap
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024233,9bin okunma
7/10
·224 syf.··
Beğendi
·
2026 6. kitabı
·
3 günde okudu
·
Okunma: 04 Mart 2026 22:55
Həyatda ən dözülməz olan yalnızlıqdır. Bütün doğmalarını, ailəsini itirən qoca özü ölümün yolunu gözləyirdi. Onun keçmişinə nəzər salanda görürsən ki, uzun ömrü ona heç bir fayda verməyib, əksinə ona əzab verib. O, zamanında səhvlərini və günahlarını görməmişdi, ailəsinin, övladlarının, nəvələrinin dəyərini anlamamışdı. Hətta keçmişinə baxana qədər də dərk edə bilməmişdi. Keçmişinə nəzər salmağa məcbur edən də ölümə könüllü getmək istəyi idi. Kitab insanı düşündürür ki, əslində itirmək yox, vaxtında görə bilməmək ən böyük acıdır. Uzun ömür hər zaman nemət deyil,əgər bu ömür yolunda hər kəsi itirib yalnız qalırsansa,bu artıq işgəncəyə çevrilir. Mənə Ölməyi ÖyrətMənə Ölməyi Öyrət İqor Volnitskiİqor Volnitski
1000Kitap
Mənə Ölməyi Öyrətİqor Volnitski · Parlaq imzalar · 201730 okunma