Məlumdur ki,heç kəs həyatımızda daimi deyil. Həqiqətən də gələnlər də,gedənlər də hər halda bizə nələrisə öyrədir.Bəziləri xoşbəxtliyin kiçik anlarda gizləndiyini göstərər, bəziləri isə çətinliklərlə necə mübarizə aparmağı.Bizə zərər verən və ya qəlbimizi qıran insanlar belə, əslində özümüzü necə qoruyacağımızı, bağışlamağı və ya yola davam etməyi öyrədir.Nəticədə,onlardan aldığımız dərslər, bizi bu günkü biz edir və sabahkı bizi formalaşdırır.