Əgər insan ibadət etsə, mənəvi dəyərlər barəsində təfəkkür etsə, mütaliə, zikr, dua ilə məşğul olmağa başlasa, bu zaman nəfs nuraniləşməyə başlayacaqdır.Zahiri hissləri zəifləyəcək, maddiyyatdan uzaqlaşacaqdır.
Belə ki, dünyada hər bir mövcud maddidir,cismanidir.Ona görə də məhduddur.Bütün mövcudlar da bir-birindən pərdəlidir.Yəni maddiolduqlarına görə qarşılarında bir maneə yaranan kimi ondan o tərəfi görə bilmirlər.Xülasə, hiss üzvlərinin əhatəsindən kənarda qərar tapan şeylərdən qafildirlər.
İrfan müəllimləri deyirlər ki, arifin qeybi görməsində təəccüblü bir şey yoxdur.Çünki qəlbin işi mələkutu seyr etmək, qeybi görməkdir.Həqiqətdə gərək qəlbin qeybi görmədiyinə görə təəccüblənək.