Uinston onlara nifrətlə baxırdı. Amma az öncə bir neçə yüz boğazdan gələn qışqırtılarda necə qorxuducu qüvvənin gizləndiyini də unutmurdu. Nədən onlar daha böyük istək naminə toplaşıb səslərini belə yüksəltməsinlər?
Uinston fikirlərini kağıza köçürdü:
Onlarda şüur yaranmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr şüurlu olmayacaqlar.
Doğurdan da, iki vur ikinin dörd etdiyini haradan bilirik? Yaxud cazibə qüvvəsi necə təzahür edir? Yaxud keçmiş həqiqətəndəmi dəyişilməzdir? Əgər keçmiş də, mövcud varlıq da yalnız şüurda mövcuddursa, şüurun özü isə idarə olunandırsa, bəs onda?
Hətta qorxudan iflic olmadığın, ağrıdan qışqırmadığın anlarda da həyat aclıq, soyuq vəyuxusuzluqla, diş ağrısı və mədə rahatsızlığı ilə ardı arası kəsilməyən mübarizədən ibarətdir.