G.A

Aralarında bircə addım məsafə var idi. Ancaq hiss etdi ki, artıq bu məsafə əbədiyyət qədərdir...
Sayfa 62·Kitabı okudu
İnsan ve Duygular
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Yalnız bircə addım da olsa, geriyə qayıtmaq istəyi bütün varlığına hakim kəsildikdə, yalnız və yalnız məhz həmin anda bütün çılpaqlığı ilə hiss edirsən ki, doğrudan da, geriyə yol yoxdur. Yollar yalnız bir istiqamətdə olur... İrəli...
Sayfa 59·Kitabı okudu
Alıntı
İnsan ömrü də bütünlükdə masmavi, insan arzularısa ağappaqdır. Gəmilər, təyyarələr kimi bəzən arzular da qəzaya uğraya bilirlər...
Sayfa 54·Kitabı okudu
Alıntı
Bəlkə də, Allah insanları lal yaratsaydı, onlar bir-birilərini daha yaxşı başa düşərdilər... Nə qaba sözlər, təhqir, söyüş olardı, nə də yalanlar, aldanış...
Sayfa 50·Kitabı okudu
Alıntı
Onu itirsəm, mənim axırım necə olacaq? Axı onunla keçən bir anım onsuz keçən əbədiyyətə bərabərdir. Mən onunla yaşamırammı? Hər görüşdə səhrada susuzluqdan yanan yolçu tək onu bir qab sərin su kimi ciyərlərimə çəkmirəmmi?
Sayfa 49·Kitabı okudu
Duygu ve Düşünce