.. Sonuncu ölən ümidlərdir.. Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar? Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?..
Ümid insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümid okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhəmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur...
- Yəni deyirsiz, indiki dövrdə heç kim heç kimi sevmir?
Özümə bəraət qazandırmaq üçün dediyim sözləri sığortalamışdım:
- Yox, sevməyinə sevirlər. Ancaq indiki sivilizasiyanın insanları daha soyuqqanlıdırlar. Ürəklə, qəlblə yox, başla, beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir.