ghst

ghst
@Agnn
28 Temmuz 2001
10 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər ? Sonra da ruhla birgə yaşayırlar ? Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir? .....
Reklam
- Təsəvvür edirsiniz, heç tanımadığın, tamam başqa yerdə, başqa evdə doğulmuş, başqa cür böyümüş biri çıxır qarşına? Çıxır və içini dəyişdirir. Bir gün sən ürəyində onun qulağına pıçıldayırsan ki, səndən başqa heç kimim yoxdur.
Sayfa 112Kitabı okudu
Həyat belədir. Kişilər, hər an başqasını tapmaq imkanları var deyə, evdəki qadının laqeydliyini nisbətən rahat həzm edə bilirlər. Qadınlarsa ərlərinin laqeydliyini həzm edə bilmirlər. Təkcə ona görə yox ki, kişilərə baxanda onların başqasını tapmaq imkanları yetərincə məhduddur və çox vaxt bunu ağıllarına da gətirmirlər. Həm də ona görə ki, kişi ilə müqayisədə qadın daha çox sevir, onun sevgisi daha əbədidir. Qadın mübahisələrinin çoxunun da kökündə, əslində, bu sevgidən doğan diqqət dayanır...
Sayfa 104Kitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Adamlara yaxşılıq eləsən səni saymayacaqlar, pislik eləsən zəhlələri gedəcək, heç nə eləməsən borclu çxaracaqlar.
Bunun adı sevgi idi. Bir qadının bir kişiyə olan ən çılpaq hissi. O hiss ki, hətta anasının yanında çılpaq gəzməkdən çəkinən bir qızı bir kişinin qarşısında utanmadan soyundura bilir. O hiss ki, yeri gələndə adamı bütün doğmalarından da imtina etdirə bilir. O hiss ki, adamı ömür boyu axtarmağa, gözünə dəyən hər kəsdə və hər yerdə onun əlamətlərini görməyə, zərrə qədər də olsa oxşamayanların belə hansısa hərəkətlərində nəsə bir bənzərlik oxşar cizgi tapmağa vadar edir.
Reklam