Müjgan Ahmedzade

Müjgan Ahmedzade
@Ahmedzade
Baku, Azerbaijan
Baku, Azerbaijan, 17 Ağustos
165 okur puanı
Ocak 2023 tarihinde katıldı
Bir əlimdə qədəh, birində Quran, Gah haram insanam, gah halal insan. Firuzə qübbənin ətəyində mən Nə mütləq kafirəm, nə də müsəlman. Gətir yaqut rəngli şərabi sadə, Məhrəmdir azadlıq sevənə badə. Şərab ver, bilirsən, tez əsib keçən Küləyə bənzəyir ömür dünyadə. Mey içsən ağıllı bir insanla iç, Ya incə gülüşlü bir cananla iç Çox içmə, gizlin iç, meyə alışma, İçsən xumar gözlü bir ceyranla iç. ~Ömər Xəyyam~
Reklam
...Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına batan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu.
Ramiz Rövşən
Ramiz Rövşən
Mömin gərək alsın özünə ildə bir arvad, Damad arayıb kəndinə, olsun həmi damad, Getsin Məşədə, Kəbləyə, qılsın ağasın yad, Cənnətdə də həmxabeyi-qılman gərək olsun. Qoysun başına molla gərək üç put əmmamə, Yay, qış ola əynində onun bir cürə camə, Ləbbadə və qurşaq ilə gəldikdə xuramə, Şalvarsız ayağında da tuman gərək olsun.
Əliqulu Qəmküsar
Əliqulu Qəmküsar

Okur Takip Önerileri

Tümünü Gör
İnsaf elə, bu qədər yalan macəra demə, Peyğəmbərə, imama bu növ iftira demə, Mənbərdə hər cəfəng sözü qıl həya, demə... Ey mənbəri-peyğəmbəri murdar edən axund Ey millətin işıq gözünü tar edən axund.
Əliqulu Qəmküsar
Əliqulu Qəmküsar
Mollalar
Sizi sahib kim edibdir, Söylən, cahana mollalar? Özünüzdən şübhələnib, Düşmən gümana, mollalar. Sizi bu damaqda qoymaz Bilin, zamana, mollalar. Xeyir işi şərə çəkib, Yozman ziyana, mollalar,
Reklam
Reklam
478 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.